18 AVQUST 2023
MOZAMBİK
«Mətta» kitabı pimbi dilində işıq üzü gördü
13 avqust 2023-cü il tarixində Mozambik filialının komitə üzvü Çarlz Fonseka qardaş «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə» bölməsinin pimbi dilində işıq üzü gördüyünü elan etdi. Bu, Müqəddəs Kitabın pimbi dilində nəşr olunan ilk bölməsi idi. Nəşrin buraxılışı Finqve kəndində keçirilən «Səbirli olun!» adlı regional toplantıda elan olundu. Toplantıda 3055 nəfər iştirak etmişdi. İştirakçılara nəşrin çap variantı təqdim olundu, həmçinin elektron versiyası da mövcuddur.
Pimbi dilində, əsasən, Mozambik şəhərinin Tete əyalətinin Zambiya sərhədinə yaxın hissəsində danışılır. Hesablamalara görə pimbi dilində 100 000-dən çox insan danışır. Mozambikdə 20 pimbidilli yığıncaqda və 2 qrupda ümumilikdə 897 təbliğçi xidmət edir. Mozambik filialının nümayəndəsi belə demişdi: «Biz çox şadıq ki, pimbidilli bacı-qardaşlarımız Müqəddəs Kitabın “Mətta” bölməsini pimbi dilində oxuya bilirlər».
Biz bu hədiyyəyə görə pimbidilli bacı-qardaşların sevincinə şərikik. Bu hədiyyə həlim insanların İsanın gələcəklə bağlı vədlərinə imanını daha da artıracaq (Mətta 5:5).