Kontentə keç

13 İYUL 2023
MOZAMBİK

Mozambik jest dilində «Mətta» kitabı işıq üzü gördü

Mozambik jest dilində «Mətta» kitabı işıq üzü gördü

9 iyul 2023-cü il tarixində Mozambikin Maputu şəhərində keçirilən xüsusi görüşdə Mozambik jest dilində Müqəddəs Kitabın «Mətta» bölməsinin təqdimatı oldu. Mozambik filialının komitə üzvü Kastro Salvado qardaş bu elanı videokonfrans vasitəsilə qoşulmuş 857 iştirakçıya çatdırdı. Bu nəşr artıq «JW Library Sign Language» tətbiqində və jw.org saytında mövcuddur.

2017-ci ildə Mozambikdə sayı artmaqda olan eşitmə məhdudiyyətli Yehovanın Şahidlərinin tələbatlarını ödəmək üçün Maputudakı filialda Mozambik jest dili tərcümə qrupu yaradıldı. Hal-hazırda 5 jestdilli yığıncaqda, 12 qrupda və 10 yarımqrupda 344-dən çox təbliğçi xidmət edir.

Bu, Mozambik jest dilində çıxan ilk Müqəddəs Kitab bölməsidir. Bir tərcüməçi demişdi: «Bu ərazidə Mozambik jest dilindən istifadə edənlər heç vaxt İsanın nümunə üçün qoyduğu duanı öz dillərində oxuya bilməyiblər. Müqəddəs Kitabı öyrənənlərə bu duanın dəyərini daha yaxşı başa düşməyə kömək etmək üçün Mətta 6:9—13 ayələrindən istifadə etməyi səbirsizliklə gözləyirəm».

Sevinirik ki, bu nəşr Mozambikdə daha çox insanlara «Allahın müqəddəs sözləri»ni öyrənməyə kömək edəcək (Romalılara 3:2).