Kontentə keç

«Çalan» qasırğası Mozambikin sahillərində

13 YANVAR 2021
MOZAMBİK

Mozambikdə «Çalan» qasırğası baş verib

Mozambikdə «Çalan» qasırğası baş verib

Məkan

Mərkəzi Mozambikin Sofala və Manika əyalətləri. Qasırğa 2019-cu ilin mart ayında «İdai» siklonunun dağıntılar törətdiyi ərazilərdən də keçib.

Təbii fəlakət

  • «Çalan» tropik qasırğası 30 dekabr 2020-ci il tarixində Mozambikin sahillərinə çatdı. Daşqın və bunun nəticəsində baş vermiş torpaq sürüşmələri böyük dağıntılara səbəb oldu.

Bacı-qardaşlara təsiri

  • Üç təbliğçi cüzi xəsarət alıb

Əmlaka dəyən ziyan

  • 34 evə cüzi ziyan dəyib

  • 12 evə ciddi ziyan dəyib

  • 16 ev dağılıb

  • 7 ibadət evinə cüzi ziyan dəyib

  • 4 ibadət evinə ciddi ziyan dəyib

  • 1 ibadət evi dağılıb

Yardım işləri

  • Təyin olunmuş Zərərçəkənlərə yardım komitəsi evləri dağılmış təbliğçiləri müvəqqəti sığınacaqla təmin edib. Komitə lazım olan digər yardım işlərinə də nəzarət edir. Yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl edilərək təşkil olunur.

Dua edirik ki, Yehova bu qasırğanın ziyan vurduğu bacı-qardaşlardan bundan sonra da Öz köməyini əsirgəməsin (Zəbur 121:2).