Kontentə keç

Yuxarıdan başlayaraq saat əqrəbi istiqamətində: Çipanqarada ziyan dəymiş ibadət evi; Maksinqdə ziyan dəymiş ibadət evi; Sofala əyalətində daşqın

9 FEVRAL 2021
MOZAMBİK

Mozambikdə «Eloiza» siklonu böyük dağıntılar törədib

Mozambikdə «Eloiza» siklonu böyük dağıntılar törədib

Məkan

Qaza, İnyanbane, Manika, Sofala və Zambeziya əyalətləri

Təbii fəlakət

  • 23 yanvar 2021-ci il tarixində Mozambikin beş əyalətində güclü külək və şiddətli yağışlar böyük dağıntılar törədib.

Bacı-qardaşlara təsiri

  • 3 təbliğçi xəsarət alıb

  • 13 təbliğçi təxliyə olunub

Əmlaka dəyən ziyan

  • 9 ibadət evinə cüzi ziyan dəyib

  • 9 ibadət evinə ciddi ziyan dəyib

  • 3 ibadət evi dağılıb

  • 53 evə cüzi ziyan dəyib

  • 41 evə ciddi ziyan dəyib

  • 10 ev dağılıb

Yardım işləri

  • Siklon Mozambikin sahillərinə çatmazdan əvvəl filial bütün təbliğçilərə daha təhlükəsiz yerlərə təxliyə olunmağı tövsiyə etmişdi.

  • Filial dörd Zərərçəkənlərə yardım komitəsi təyin edib. Onlar digər işlərlə yanaşı, lazımi yardım işlərini təşkil edir və təxliyə olunanlara qalmağa müvəqqəti yer tapmağa kömək edir.

  • Həmin ərazidəki səyyar nəzarətçilər təbliğçilərə ruhani və praktiki yardım göstərirlər.

  • Hamı COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl edir.

Allahın Padşahlığının bütün fəlakətlərə və onların səbəb olduğu iztirablara son qoyacağı vaxtı həsrətlə gözləyirik (Mətta 6:10).