Kontentə keç

6 OKTYABR 2022
MOZAMBİK

Sena dilində «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

Sena dilində «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

2 oktyabr 2022-ci il tarixində Mozambik filialının komitə üzvü Deyvid Amorim qardaş sena dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi a. Müqəddəs Kitabın təqdimatı əvvəlcədən videoyazıya alındı və təbliğçilər bu videoyazını ibadət evlərində izlədi. Proqram həmçinin yerli televiziya, eləcə də 14 radio kanalında yayımlandı.

Sena dilində Mozambikin dörd əyalətində — Manika, Sofala, Tete və Zambeziya əyalətlərində danışılır. Bu dil Malavinin bəzi ərazilərində də istifadə olunur.

Mozambikin Beyra şəhərində yerləşən tərcümə ofisi

İlk dəfədir ki, Yehovanın Şahidləri «Yeni Dünya Tərcüməsi»ni bütöv şəkildə Mozambikin yerli dillərindən birinə tərcümə edirlər. Bundan əvvəl, sena dilində Müqəddəs Kitabın sadəcə bəzi bölmələri mövcud idi, amma onlar bahalı və arxaik dildə idi.

Biz də senadilli bacı-qardaşlarla birlikdə Yehovanın verdiyi bu bərəkətə görə sevinirik (Məsəllər 10:22).

a Müqəddəs Kitab həm çap, həm də elektron formatda mövcuddur.