Kontentə keç

Sai Aşer qardaş anma mərasiminin nitqi ilə çıxış edir

21 APREL 2021
MYANMA

2021-ci ilin anma mərasimi. Myanma

Vətəndaş iğtişaşlarına rəğmən anma mərasimi telefon vasitəsilə qeyd edildi

2021-ci ilin anma mərasimi. Myanma

2021-ci ilin fevral ayından Myanmada vətəndaş iğtişaşları səngimək bilmir. Məsihin ölümünü anma mərasiminə bir neçə həftə qalmış ölkənin müxtəlif ərazilərində silahlı qarşıdurmalar başladı. Nəticədə, 5102 təbliğçi internetsiz qaldı. Ancaq onlar anma mərasiminin nitqinə qulaq asmağın yolunu tapdılar — telefon vasitəsilə.

Şəhərlərin birində anma mərasimi günündə küçələrdə atışma başladı. Əsgərlər ev-ev gəzib etiraz aksiyasının iştirakçılarını axtarırdı. Sakitliyi qorumağa və Yehovaya etibar etməyə səsləyən ilin ayəsi qardaşlar üçün təsəlli oldu (Əşiya 30:15). Həmin gün onlar evlərindən çölə çıxmadılar, aralarında pıçıltı ilə danışdılar, işıqları yandırmadılar ki, anma mərasimini maneəsiz qeyd etsinlər. İğtişaşlara baxmayaraq, anma mərasimində həmişəkindən daha çox insan iştirak etdi. Çoxları mərasimə telefon vasitəsilə qoşulmuşdu.

Bütün ölkə ərazisində anma mərasimində 11 877 nəfər iştirak etdi. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 14 faiz çoxdur.

İnterneti olan iki bacı elektron cihazlarında anma mərasiminin nitqinə baxırlar. Başqa bacı-qardaşların nitqə telefon vasitəsilə qulaq asmaları üçün onlar cihaza dinamik qoşublar

Biz əminik ki, vətəndaş iğtişaşlarına rəğmən xidmətçilərinin ruhani fəaliyyətdən qalmadığını görən səmavi Atamız Yehovanın ürəyi fərəhlə dolur (Məsəllər 27:11).