Kontentə keç

7 APREL 2022
MYANMA

«Yeni Dünya Tərcüməsi» karen (sqo) dilində buraxıldı

«Yeni Dünya Tərcüməsi» karen (sqo) dilində buraxıldı

2022-ci il martın 27-si Myanma filialının komitə üzvü Mats Kasholm «Yeni Dünya Tərcüməsi»nin karen (sqo) dilində elektron formatda buraxılışını elan etdi. Qabaqcadan yazıya alınmış proqrama 620 nəfər baxdı. 2022-ci ilin aprel ayından kitabı çap formatda da əldə etmək mümkün olacaq.

İlk Müqəddəs Kitab Tədqiqatçıları Myanmaya 1914-cü ildə gəlmişdilər. Təxminən 1940-cı ildən sonra Myanmada karen (sqo) dilində danışan ilk təbliğçi vəftiz olundu.

Karen (sqo) dilinə digər Müqəddəs Kitab tərcümələri köhnə sözlərlə doludur. Onları ya başa düşmək çətindir, ya da mətndəki fikir tam düzgün verilməyib. Məsələn, Zəbur 72:16 ayəsindəki «yerdə çörək bol olacaq» ifadəsi tərcümələrin birində «yerdə bir ovuc taxıl olacaq» kimi tərcümə edilib. Gördüyümüz kimi, «Yeni Dünya Tərcüməsi»ndə bu ifadə dəqiq verilib.

Bu tərcümə karen (sqo) dili doğma olan bacı-qardaşlar üçün əsl hədiyyədir. Dua edirik ki, onlar bu tərcüməni oxuyub ruhən daha möhkəm olsunlar (1 Butrus 5:10).