Kontentə keç

NAMİBİYA

Namibiya ərazisi

Namibiya ərazisi

Yehovanın Şahidləri 1929-cu ildən bəri Namibiya ərazisində fəaliyyət göstərir. Amma Millətlər Cəmiyyətinin qərarı ilə Namibiyanı idarə edən Cənubi Afrikanın azlıq hökuməti orada Yehovanın Şahidlərinin fəaliyyətini məhdudlaşdırmışdı. 1950-ci illərin əvvəllərindən 1970-ci illərin sonlarına qədər rəsmilər hökumətin icazəsi olmadan ağdərili insanlara qaradərili insanların ərazisində yaşamağa icazə vermədiyi üçün xarici missionerlərinin ölkədə fəaliyyəti məhdudlaşdırılmışdı. Bu illər ərzində Yehovanın Şahidləri öz dini inanclarını başqaları ilə bölüşdükləri üçün din rəhbərlərinin və yerli hakimiyyət nümayəndələrinin ciddi müqaviməti ilə üzləşirdi.

1990-cı il martın 21-i Namibiya Cənubi Afrikadan ayrılaraq müstəqil oldu. Yeni konstitusiyanın sayəsində Yehovanın Şahidləri dini fəaliyyətlərini icra etmək üçün azadlıq əldə etdilər. 2008-ci ildə onlar hüquqi qeydiyyatdan keçdilər. Namibiyadakı Yehovanın Şahidləri sərbəst şəkildə dini fəaliyyətlərini icra etdikləri üçün çox məmnundurlar.