28 APREL 2015-Cİ İL
NEPAL
Nepalda dağıdıcı zəlzələ baş verdi
2015-ci il aprel ayının 25-i şənbə günü Nepalın paytaxtı Katmanduda 7.8 bal gücündə zəlzələ baş verdi. Təxminən 6.6 bal gücündə təkanlar qeydə alınmışdır. Hesablamalar hələ də davam edir, amma Yehovanın Şahidlərinin Katmandudakı yerli filialının verdiyi xəbərə görə bir Yehovanın Şahidi və onun iki uşağı həyatlarını itiriblər. Həmçinin onlarla Yehovanın Şahidinin evinə zərər dəyib, bəziləri isə tamamilə dağılıb. Ofis binasına da zərər dəyib. Yehovanın Şahidlərinin Yaponiyadakı filialının rəhbərliyi ilə Nepaldakı ofis fəlakətdən əziyyət çəkənlərə yardım göstərir.
Əlaqə üçün:
Beynəlxalq: Məlumat xidməti, C. R. Braun, tel.: +17185605000
Yaponiya: İçiki Matsunaqa, tel.: +8146 233 0005
Nepal: Ruben Thapaliya, tel.: +9779813469616