Kontentə keç

8 AVQUST 2019
NİDERLAND

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Niderland, Utrext)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Niderland, Utrext)
  • Tarix: 2—4 avqust 2019-cu il

  • Məkan: «Yarbörs» sərgi mərkəzi (Niderland, Utrext)

  • Proqramın dilləri: ərəb, Niderland, Niderland jest dili, ingilis, papyamento, polyak, portuqal, ispan, tvi

  • İştirakçıların ən yüksək sayı: 42335

  • Vəftiz olunanların ümumi sayı: 212

  • Beynəlxalq nümayəndələrin sayı: 6000

  • Dəvət olunmuş filiallar: Avstralaziya, Belçika, Braziliya, Kanada, Kolumbiya, İndoneziya, Koreya, Portuqaliya, Rumıniya, Cənubi Afrika, Surinam, ABŞ

  • Yerli ərazidə baş vermiş hadisə: Bir qardaşımız «Yarbörs» sərgi mərkəzinə təmizləmə xidməti göstərən bir şirkətdə işləyir. Meneceri ona zəng edib dedi: «İndi burada bir qrup insan var, adam onların işindən zövq alır. Hər yeri parıldayanadək silib-süpürüblər. Onların hətta öz təmizlik xidməti var. Çox yəqin ki, buranı onlardan təhvil alanda məkan təhvil verdiyimizdən təmiz olacaq. Gözlərimə inana bilmirəm. Mən hələ belə şey görməmişəm. Onlar hətta restoranın hal-hazırda istifadə olunmayan yerlərini də təmizləyiblər! Ayaqyolunda həmişə iki nəfər növbə çəkir və əgər nəsə olsa, həmən kimsə gəlib onu həll edir. İlk dəfədir belə şey görürəm».

Yerli bacı-qardaşlar hava limanında beynəlxalq nümayəndələri qarşılayır

Beytellilər Niderland filialına ekskursiyaya gələnləri qarşılayır

Yerli bacı ilə xidmətdə olan nümayəndə toplantıya dəvətnamə verir

«Yarbörs» sərgi mərkəzinin əsas zalında əyləşən bacı-qardaşlar. Proqram buradan kompleksin digər beş zalına canlı yayımlanırdı

Vəftiz olunan 212 nəfərdən bəziləri

Bacı-qardaşlar proqrama diqqətlə qulaq asır və qeydlər aparır

Beynəlxalq nümayəndələr bir-birilərinə hədiyyə verir

Rəhbərlik Şurasının üzvü Cefri Cekson bazar günü yekun məruzə ilə çıxış edir

Xüsusi təyinatlı müjdəçilər və digər xüsusi tamvaxtlı xidmətçilər toplantının sonunda iştirakçılara əl edir