Kontentə keç

Yuxarıda:1964-cü ildə Amsterdamdakı Beytel binası. Aşağıda: 1950 və 1960-cı illərdə Beyteldə xidmət edən bacı-qardaşlar

7 OKTYABR 2022
NİDERLAND

Bir əsr ərzində Niderlandda baş verən sınaqlar və qazanılan uğurlar

Bir əsr ərzində Niderlandda baş verən sınaqlar və qazanılan uğurlar

Bu il, 2022-ci ildə Niderlandın paytaxtı Amsterdamdakı filialımızın təsis olunmasının 100 illiyi qeyd olunur. Bu vaxt ərzində oradakı dindaşlarımız sarsılmaz iman və cəsarət göstəriblər.

Xoş xəbər Niderlanda XX əsrin əvvəllərində çatıb. Henrix Brinkof adlı bir gənc Gözətçi Qülləsi Cəmiyyətinin və Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyinin bir nəşrini oxuyur. O, çox keçməmiş oxuduqlarını başqaları ilə bölüşür. Onun səpdiyi həqiqət toxumları böyüməyə başlayır. 1920-ci ildə Cozef Ruterford qardaş Avropaya səfər edir və İsveçrə filialını təsis edir. Bu filial Niderlanddakı fəaliyyətimizə də nəzarət edirdi. 1921-ci ildə Ruterford qardaş Adrian Blok qardaşı Niderlanddakı təbliğ fəaliyyətimizə nəzarətçi təyin edir. 1922-ci ildə Amsterdamda filial təsis olunur.

Filialın fəaliyyəti sayəsində təbliğ işi daha yaxşı təşkil olunmağa başlayır. Yehovanın xidmətçilərinin sayı getdikcə artır. II Dünya Müharibəsindən bir az əvvəl ölkədə təxminən 500 təbliğçi var idi.

Müharibə qurtarandan sonra Niderland nasist işğalına məruz qalır. Digər qruplar kimi, Yehovanın Şahidləri də güclü təqiblərlə üzləşir. İşğal dövründə təxminən 300 niderlandlı Yehovanın Şahidi ölkədən deportasiya edilir. Çoxları həbs düşərgələrinə göndərilir. 130-dan çox bacı-qardaş xəstəlik və ağır iş ucbatından həyatını itirir. Təqiblərə baxmayaraq, 1945-ci ildə müharibənin sonunda Niderlanddakı Yehovanın Şahidlərinin sayı 3125 nəfərə çatdı.

Müharibə qurtarsa da, sınaqlar qurtarmadı. Katolik kilsəsi, xüsusilə də ölkənin cənub hissəsində fəal şəkildə Yehovanın Şahidlərinə qarşı çıxdı. Buna nümunə olaraq, 1952-ci ildə Katolik kilsəsinin Venlo şəhərində keçirilən toplantını dayandırmağa çalışmasını göstərmək olar. Nəticədə, toplantı üçün məkanı icarəyə verən şəxs müqaviləni ləğv etdi. Amma qardaşlar təslim olmadılar. Onlar açıq ərazidə çadır qurdular və toplantını orada keçirdilər.

Lakin əleyhdarlar əl çəkmədilər. Mindən çox adam toplantıya mane olmağa çalışdı. Hətta toplantının bazar günü, günorta hissəsində polislər toplantı ərazisində axtarış apardılar və bəzi qardaşları həbs etdilər.

Emmendəki filialın hazırkı görünüşü

Amma əleyhdarlar öz məqsədlərinə çatmadılar. Filialın göstərişinə riayət edərək, məsul qardaşlar toplantı proqramını davam etdirdilər.

Yehova qardaşların göstərdiyi qətiyyəti uğurlu etdi. 1983-cü ildə Niderland filialı Emmendə yerləşən yeni binaya köçürüldü. İndi, 2022-ci ildə Niderlandda 30 000-ə yaxın Yehovanın Şahidi var.

Niderlanddakı Yehovanın Şahidlərinin tarixindən görürük ki, Yehova heç vaxt Öz xalqını atmayacaq, tərk etməyəcək (Qanunun təkrarı 31:6).