21 OKTYABR 2022
NİGERİYA
Nigeriyada «kütləvi» sel fəlakəti
Hazırda Nigeriyada güclü leysan ucbatından son onilliklərin ən güclü daşqını müşahidə olunur. Ən çox ölkənin cənub sahilinə, həmçinin Niger və Benue çayları boyu olan ərazilərə zərər dəyib. Daşqın infrastruktura ziyan vurub, bir milyondan çox insan evini tərk edib, 600-ə yaxın insan isə həyatını itirib. Nigeriyada Fövqəladə Halların İdarə Olunmasının Milli Agentliyi bu daşqını «kütləvi» fəlakət adlandırıb. Ehtimal olunur ki, böyükmiqyaslı dağıntılar nəticəsində ərzaq böhranı yaşanacaq.
Bacı-qardaşlara təsiri
Bacı-qardaşlar arasında ölən yoxdur.
4074 təbliğçi evlərini tərk edib.
900 evi sel basıb.
180 ev dağılıb.
70 ibadət evini və 1 toplantı zalını sel basıb.
Yardım işləri
4 Zərərçəkənlərə yardım komitəsi təyin edilib.
Evsiz qalan təbliğçilər müvəqqəti yaşayış yeri ilə, ərzaqla və digər zəruri şeylərlə təmin olunurlar.
Yığıncaq ağsaqqalları və rayon nəzarətçiləri zərərçəkənlərə həm mənəvi, həm də praktiki kömək göstərirlər.
Bütün yardım işləri COVID-19 pandemiyası ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.
Son dərəcə çətin dövrdə yaşasaq da, minnətdarıq ki, Yehova Öz xalqını dar gündə həm fiziki, həm də ruhani cəhətdən pənahında saxlayır (Zəbur 27:5).