13 DEKABR 2021
NİGERİYA
Nigeriyada təbliğ işimizin bir əsrlik tarixi
1921—2021: kiçik qrupdan 400 000-dən çox təbliğçiyədək
Bu yaxınlarda biz Nigeriyada Müqəddəs Kitab üzrə maarifləndirmə işimizin 100-cü ildönümünə həsr olunmuş iki xüsusi tədbir keçirdik. 12 dekabr 2021-ci il tarixində Nigeriyadakı bütün yığıncaqlar yazıya alınmış xüsusi proqrama baxdılar. Proqramda ölkədə təbliğ fəaliyyətimizin tarixi haqda nitqlər söylənildi və müsahibələr göstərildi. Proqram efik, ingilis, ibo, Nigeriya jest dili, picin (Qərbi Afrika) və yoruba dillərində təqdim edildi. Bundan iki gün əvvəl isə, dekabrın 10-u, filialda Nigeriyadakı tariximizə həsr edilmiş xüsusi sərginin açılışı oldu. Sərgi hələ ki yalnız Nigeriya filialında xidmət edənlər üçün açıqdır. Amma gələcəkdə o, hamı üçün açıq olacaq.
«100 illik cəsarət nümunəsi» adlı sərgidə möhkəm imanı olan cəsur təbliğçilərdən, onlarla baş vermiş maraqlı hadisələrdən bəhs edilir. Nəşrlərimizin qadağan olunması, insanların rişxəndləri və amansız vətəndaş müharibəsi bacı-qardaşlarımızın ürəklərinə qorxu salmadı. Sərgi interaktiv audio- və videoformatdadır, orada həmçinin tarixi artefaktlar nümayiş etdirilir. 1921-ci ilin dekabr ayında Nigeriyada təbliğ işi başlayanda Laqos şəhərində həqiqətlə maraqlanan və Müqəddəs Kitab dərslərinə gələn cəmi bir neçə nəfər var idi. İndi bu ölkədə təbliğçilərin sayı 400 000-dən çoxdur. Qonaqlar sərgidə Nigeriyadakı təbliğ işinin tədricən necə inkişaf etdiyini görəcəklər.
Son yüz il ərzində Nigeriyadakı bacı-qardaşlarımız bütün dünyadakı dindaşlarımız üçün gözəl cəsarət nümunəsidir (Yəhya 16:33).