27 DEKABR 2019
NİGERİYA
Nigeriyada tiv dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxılıb
20 dekabr 2019-cu il tarixində Nigeriya filial komitəsinin üzvü Vilfred Simmons tiv dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edib. Elan Benue ştatının Makurdi şəhərindəki «City Bay Event Center»də keçirilmiş «Məhəbbət heç vaxt tükənmir!» adlı regional toplantıda səsləndirilib.
İki ilə yaxın müddətə ərsəyə gəlmiş bu İncil tam vaxtında buraxılıb. Beş milyondan çox insanın danışdığı tiv dili Nigeriyada əsas dillərdən biridir. Son üç il ərzində tivdilli təbliğçilərin sayı 600-dən 1012-dək artıb.
Biz əminik ki, bu yeni tərcümə «biçinə [hazır]» olan tivdilli sahədə daha böyük artıma səbəb olacaq (Yəhya 4:35).