Kontentə keç

23 OKTYABR 2018
NİGERİYA

Nigeriyada şiddətli daşqın baş verib

Nigeriyada şiddətli daşqın baş verib

Güclü mövsüm yağışları başlıca olaraq Nigeriyanın mərkəzində və cənub bölgələrində şiddətli daşqına səbəb olub. Ölkənin iki ən böyük suyolu olan Niger və Benue çaylarının öz məcralarından çıxması nəticəsində minlərlə insan evlərini tərk etməyə məcbur olub və 100-dən çox insan həyatını itirib.

İlkin məlumatlarda bildirilir ki, dindaşlarımız arasında ölənlər və yaralananlar yoxdur. Bununla belə, ən azı 2000 təbliğçi təxliyyə olunub və onlardan təxminən 1000 nəfərin humanitar yardıma ehtiyacı var. Evlərini tərk edənlərin əksəriyyəti təhlükəsiz ərazidə yaşayan Yehovanın Şahidlərinin evlərinə sığınıb.

Bacı-qardaşlara humanitar yardım göstərmək və Müqəddəs Kitab vasitəsilə ruhlandırmaq üçün Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi yaradılıb. Nigeriya filialının iki üzvü, rayon nəzarətçisi, Xidmət şöbəsində və Yerli layihə-inşaat şöbəsində xidmət edən qardaşlar təbliğçilərə dəstək olmaq üçün təbii fəlakətin baş verdiyi ərazini ziyarət ediblər.

Bu fəlakətin səbəb olduğu çətinliklərə baxmayaraq, «dar gündə... pənahı»mız yenə də Allahımız Yehovadır (Zəbur 37:39).