28 MART 2024
NORVEÇ
Norveçdə Yehovanın Şahidlərinin Konstitusiyaya zidd qərara qarşı apelyasiya şikayəti
4 mart 2024-cü ildə Oslo Rayon Məhkəməsi Norveç hökumətinin Yehovanın Şahidlərinin qeydiyyatını ləğv etmək barədə qərarını dəyişməz saxladı. Norveçdəki Yehovanın Şahidləri apelyasiya şikayəti verəcək.
Oslo və Vikenin qubernatoru 2022-ci ilin sonunda qeydiyyatımızı ləğv etmişdi. 30 dekabr 2022-ci ildə Oslo Rayon Məhkəməsi araşdırmalar bitənədək qeydiyyatın ləğvi prosesini müvəqqəti dayandırdı. Hökumətin mövqeyi belədir ki, Yehovanın Şahidləri tövbə etməyən şəxslərin artıq Yehovanın Şahidi olmamasına dair tədbirini aradan qaldırmayanacan hökumət Yehovanın Şahidlərinin hüquqi tanınmasından imtina edəcək.
Yehovanın Şahidlərinin qeydiyyatının ləğv edilməsi qərarı bizi hökumətin ölkədəki 700-dən çox qeydiyyatdan keçmiş dini quruma ayırdığı maliyyə yardımından və digər güzəştlərdən məhrum edir. Bundan əlavə, qərar nəticəsində Yehovanın Şahidlərinin təyin olunmuş nümayəndələri dindaşlarının nikahlarını artıq qeydiyyata ala bilməzlər.
Apelyasiyanın qərarını gözlədiyimiz müddətdə «padşahlar və məmurlar üçün» dua edirik ki, «bundan sonra da mömin həyat sürüb,.. qulağımız dinc, sakit yaşaya» bilək (1 Timutiyə 2:1, 2).