1 DEKABR 2020
PAPUA-YENİ QVİNEYA
Hiri-motu dilində «Yeni Dünya Tərcüməsi» çıxıb
Papua-Yeni Qvineya filialının komitə üzvü Keqavale Biyama hiri-motu dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan etdi. Proqram qabaqcadan Yehovanın Şahidlərinin Port-Morsbidəki filialında yazıya alınmışdı və 28 noyabr 2020-ci il tarixində internet vasitəsilə yayımlanmışdı. Proqrama 7000-dən çox adam baxmışdı.
Papua-Yeni Qvineya ən çox dilləri olan ölkədir. Əhali təxminən 840 dildə danışır. Hiri-motu ölkənin üç rəsmi dilindən biridir. Bu dildə təxminən 140 000 insan danışır.
Filial komitəsinin üzvü Kukuna Cek deyir: «Hiri-motu dilində danışanlar çoxdandır bu tərcümənin həsrətində idilər. Biz bilirik ki, bu tərcümə onların ürəyincə olacaq, çünki onu başa düşmək asandır».
Tərcümənin üzərində altı tərcüməçi on il ərzində işləmişdi. Bir tərcüməçi deyir: «Şübhə yoxdur ki, oxucular “Yaradılış”dan “Vəhy”ə qədər hər yerdə Allahın adını görəndə çox sevinəcək. Bu hədiyyəyə görə Yehovaya minnətdarıq».
Bu tərcümənin ərsəyə gəlməsi üçün çəkilən zəhmətin üzərində düşünəndə Əşiya peyğəmbərin sözləri yadımıza düşür. O demişdi: «Ey Yehova, bizə sülhü Sən bəxş edəcəksən, axı hər bir işimizi Sən başa çatdırırsan» (Əşiya 26:12).