Kontentə keç

25 APREL 2024
PARAQVAY

Yehovanın Şahidləri Paraqvayda keçirilən milli kitab sərgisində Allahın Kəlamını işıqlandırır

Yehovanın Şahidləri Paraqvayda keçirilən milli kitab sərgisində Allahın Kəlamını işıqlandırır

2024-cü ilin fevralın 28-dən martın 10-dək Paraqvayın Asunsyon şəhərində Libroferia Kapel adlanan illik kitab sərgisi keçirildi. Hər il bu sərgini müxtəlif yaşda təxminən 10 000 kitabsevər ziyarət edir. 160-dan çox dindaşımız növbə ilə köşkdə dayanıb insanların nəzərini Allahın Kəlamına və onu tədqiq etmək üçün jw.org saytında yerləşən materiallara yönəldirdi. Nəşrlər elektron və çap formatda quarani, Paraqvay jest dili və ispan dillərində təqdim edilirdi.

Pulsuz Müqəddəs Kitab dərsləri yazısını görən bir kişi köşkə yaxınlaşdı. Qardaşlarımız ona bu dərslərin necə keçirildiyini izah etdilər və «Əbədi xoşbəxt həyat!» broşürünü göstərdilər. Kişi broşürdəki mövzulara göz gəzdirib dedi: «Heç ağlıma belə gəlməzdi ki, Müqəddəs Kitabda bütün bu sualların cavabı var!» O həm də Allahın adının «Yehova» olduğunu biləndə çox sevindi. Qardaşlar onunla əlaqə saxlayıb Müqəddəs Kitab dərsi keçmək üçün tədbir gördülər.

Başqa bir kişi köşkdə dayanan bacılarımızla söhbətə başladı. O, veb-saytımızda quarani, quarani (mbaya) və nivakle dillərində çoxlu məlumatın olduğu ilə bağlı sevincini bölüşdü. O, Yehovanın Şahidlərini Müqəddəs Kitaba əsaslanan nəşrləri müxtəlif yerli dillərə tərcümə etmək üçün göstərdikləri səyə görə təriflədi.

Sərgidə iştirak edən bəzi könüllülər

Sərgidə xidmətin təşkilində iştirak etmiş Daniele Sarkone qardaş qeyd etdi: «Müqəddəs Kitab haqqında daha çox bilmək istəyən insanlarla sevə-sevə çoxlu sayda söhbətlər apardıq». Bu tədbir zamanı azından 13 nəfər Müqəddəs Kitab dərsi keçmək istəyini bildirdi.

Biz çox sevinirik ki, Paraqvayda xoş xəbər müjdələnir və hələ də çox sayda insan həqiqətə hay verir (Zəbur 119:160).