20 AVQUST 2019
PARAQVAY
Yehovanın Şahidləri quarani dilində «Yeni Dünya Tərcüməsi»ni dərc edib
16 avqust 2019-cu il tarixində Yehovanın Şahidləri regional toplantıda Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edib. Proqram Paraqvayın Kapiata şəhərində yerləşən Beyteldən yayımlanıb. Elanı Paraqvay filialının komitə üzvü Daniel Qonsales toplantının ilk günündə səsləndirib. Proqram digər 13 məkana canlı yayımlanıb. Ümumilikdə Müqəddəs Kitabın buraxılışı haqda nitqə 5631 nəfər qulaq asıb.
İspan dili Paraqvayda geniş istifadə edilsə də, əhalinin təxminən 90 faizi yerli dil olan quarani dilində danışır. Paraqvay Latın Amerikası ölkələri arasında əhalinin böyük qisminin eyni yerli dildə danışdığı yeganə ölkədir.
Tərcümə işində kömək edənlərdən biri fikir vermişdir ki, tərcümə çıxmazdan öncə bir çox bacı-qardaşlar Yehovaya doğma dilləri olan quarani dilində dua edirdilər. O deyir: «Bundan sonra Yehova bizimlə quarani dilində danışacaq. Biz artıq Yehovanın məhəbbətini və bizə qiymət verdiyini hiss edirik. İndi mən Yehovanın mənim Atam olduğunu həmişəkindən daha çox hiss edirəm».
Şübhə yoxdur ki, quarani dilində Müqəddəs Kitab Paraqvayda bu dildə danışan 4934 təbliğçiyə müsbət təsir edəcək, Yehovaya və təşkilatına sevgi və minnətdarlıqlarını artıracaq. Biz əminik ki, bu tərcümə oxuculara Allahın dəyərli fikirlərindən faydalanmağa kömək edəcək (Zəbur 139:17).