Kontentə keç

«Monumental» stadionunda keçirilən toplantıda 66000-dən çox adam iştirak edib, 6200-dən çox yerli könüllü toplantının keçirilməsində kömək edib

29 YANVAR 2019
PERU

Peru 2018-ci ilin sonuncu xüsusi toplantısına ev sahibliyi edib

Peru 2018-ci ilin sonuncu xüsusi toplantısına ev sahibliyi edib

Perudakı Yehovanın Şahidləri 2018-ci il 23—25 noyabr tarixlərində keçirilən «Cəsur ol!» adlı sonuncu xüsusi toplantıya doqquz filialın nəzdində olan ərazilərdən gələn 3400 qonağı qarşılayıb. Toplantı Perunun paytaxtı Lima şəhərində yerləşən «Monumental» stadionunda baş tutub. Stadionda və digər dörd məkanda toplaşan iştirakçıların ən yüksək sayı 66254 nəfər olub. 719 nəfər vəftiz olunaraq Yehovanın Şahidlərinin sırasına qoşulub. Proqram eyni vaxtda ingilis, Peru jest dili, Ayakuço keçua və ispan dillərində təqdim olunub.

«Monumental» stadionunda gənc iştirakçı toplantının son günündə hamı ilə sağollaşır

Xarici qonaqların və yerli təbliğçilərin birgə xidmətdə iştirakı tədbirə xüsusi rəng qatıb. Xarici qonaqlar həmçinin milli mətbəxin təamlarından dadıb, yerli mədəniyyətlə tanış olub və Peru filialına təşkil olunan ekskursiyada iştirak ediblər.

Peru filialının nümayəndəsi Ezekiel Porras deyib: «Peruda keçirilən bu xüsusi toplantının çox böyük təsiri olub. Toplantı qardaşlarımızın yaddaşında silinməz iz buraxmaqla yanaşı, cəmiyyətdə də çox güclü şahidliyə səbəb olub. Böyük adını izzətləndirmək üçün yaratdığı bu xüsusi imkana görə Yehovaya minnətdarıq!» (1 Butrus 2:12).

 

«Monumental» stadionunda vəftiz üçün hovuzlar quraşdırılmışdı. 483 nəfər stadionda, 236 nəfər isə digər dörd məkanda vəftiz olundu

Xarici qonaqlar yerli bacı-qardaşlarla sahə xidmətində iştirak edib

Rəhbərlik Şurasının üzvü Samuel Herd hər günün sonunda yekun məruzə ilə çıxış edib

Limadakı Xorxe Çaves adına Beynəlxalq Hava Limanına gələn xarici qonaqlar isti qarşılanırdı

Filiala təşkil olunan ekskursiyaya Allahın adının Müqəddəs Kitabda necə qorunub saxlanıldığı mövzusunda sərgi də daxil idi

Toplantı zalında keçirilən tədbirlər zamanı qardaşlar milli Peru yeməklərinin hazırlanma qaydalarını nümayiş etdirirdilər. Şəkildə qonaqlara təklif olunan seviçe yeməyinin necə hazırlandığı göstərilib

Ənənəvi əyirmə sənəti nümayiş etdirildi. Adətən, sonra yun iplər təbii bitki boyaları ilə boyanır

Filialda ekskursiyada olan xarici qonaqlar «Təbliğ işinə can yandıraq» adlı ruhani mövzuda xüsusi musiqili gecədə iştirak ediblər. Proqram zamanı dənizyanı səhra, And dağları və rütubətli meşələr kimi tanınan Perunun üç əsas bölgəsinə xas olan çalğı alətlərində ifa edilən milli musiqi səsləndi, rəqslər ifa olundu

Musiqili gecədə milli Truxilyo rəqsi ifa edildi

Musiqili gecədə xidmətdə baş verən bir neçə hadisə səhnələşdirildi. Burada Kuskonun dağlıq ərazilərindəki kəndlərdə yaşayan keçua xalqına məxsus olan saman ev və geyim göstərilib

Musiqili gecənin sonunda vidalaşma