21 SENTYABR 2017
PUERTO-RİKO
Mariya qasırğası haqda ilkin məlumatlar
Çərşənbə günü, 20 sentyabr 2017-ci il tarixində Mariya qasırğası Puerto-Rikonu darmadağın etdi. Mariya qasırğası Birləşmiş Ştatlarda indiyə kimi baş verən şiddətli qasırğalar sırasında beşinci yerdə durur. Qasırğa nəticəsində bütün ada tamamilə işıqsız qalıb. Rəsmilər saat 18:00-dan etibarən komendant saatı elan ediblər.
Əldə olunan məlumata əsasən, Yehovanın Şahidləri arasında həyatını itirən və ya xəsarət alan olmayıb. Təbii fəlakətlərdən zərərçəkənlərə yardın tədbirləri başlanıb. Qardaşlar salamat qalan ibadət evini sığınacaq və yardım mərkəzi kimi istifadə etməyi planlaşdırır.
San-Xuan şəhərində yerləşən Beytel binalarına cüzi zərər dəyib. Orada xidmət edən bütün bacı-qardaşlar sağ-salamatdır və xəsarət alan olmayıb. Hal-hazırda binalarda internetə çıxış yoxdur, elektrik enerjisi isə generator vasitəsilə verilir.
Əminik ki, təşkilatımızın zərərçəkənlərə yardım etmək üçün əlindən gələni etməsi bacı-qardaşlarımız üçün təsəlli olacaq (2 Korinflilərə 1:3).
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000