27 NOYABR 2019
QANA
Nzema dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü görüb
22 noyabr 2019-cu il tarixində, dörd il çəkən tərcümə işindən sonra Bayviada (Qana, Qərb vilayəti) keçirilmiş regional toplantıda nzema dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan olunub. Elanı Qana filialının komitə üzvü Samuel Kvosi bu tədbirə toplaşmış 3051 nəfərin qarşısında səsləndirib.
Bu tərcümə yeddi nəfərdən ibarət tərcümə qrupunun birgə zəhmətinin bəhrəsidir. Tərcüməçilərdən biri deyib: «“Yeni Dünya Tərcüməsi”nin dili sadədir. Onu hamı, hətta gənclər belə rahat başa düşəcək. Oxucular bu tərcümə sayəsində səmavi Atamız Yehovaya daha yaxın olacaqlar».
Əvvəllər nzemadilli təbliğçilər Qana Müqəddəs Kitab Cəmiyyətinin çap etdiyi Müqəddəs Kitabdan istifadə edirdilər. Lakin həmin tərcümə qəlizdir və orada Allahın adı buraxılıb. Digər çətinlik isə odur ki, Qanada Müqəddəs Kitab baha qiymətə satılır və bəzi təbliğçilərin onu almağa imkanı çatmır.
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndə isə Allahın adı (Yehova) yazılıb, tərcümənin dili aydındır və onu pulsuz əldə etmək olar. Qana filialının nəzdindəki ərazidə bu dildə danışan 1532 təbliğçi yaşayır. Onlar bu dildə danışan təxminən 330000-dən çox insana təbliğ edirlər. Şübhə yoxdur ki, bu Müqəddəs Kitabın hamıya böyük xeyri dəyəcək.
Qoy yeni Müqəddəs Kitab qardaşlarımıza Yehovanın qanunundan həzz almağa kömək etsin (Zəbur 1:1, 2).