Kontentə keç

4 MAY 2022
QANA

Tvi (asante) dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyası işıq üzü gördü

Tvi (asante) dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyası işıq üzü gördü

Sanderson qardaşın nitqindən dərhal sonra Müqəddəs Kitabın yenidən işlənmiş versiyasını elektron formatda yükləmək mümkün oldu

2022-ci il aprelin 24-ü, bazar günü Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş tvi (asante) dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasının işıq üzü gördüyünü elan etdi. Nitqdən dərhal sonra Müqəddəs Kitabın elektron formatını yükləmək mümkün idi. Kitabın çap formatı avqust ayında hazır olacaq.

Tvi (asante) və tvi (akvapem) akan dilləri qrupuna daxildir. Bu dillərdə Qərbi Afrikada milyonlarla insan danışır. Müqəddəs Kitab tvi dilinə 1871-ci ildə tərcümə olunmuşdu, o da təkcə tvi (akvapem) dilinə. 1897-ci ildə tvi (akvapem) dilində Müqəddəs Kitabın digər tərcüməsi işıq üzü gördü. Tvi (asante) dilində isə Müqəddəs Kitabın ilk tərcüməsi 1964-cü ildə buraxıldı. 2012-ci ildə Yehovanın Şahidləri tvi (asante) dilində «Yeni Dünya Tərcüməsi»ni buraxdılar.

Bacı qabaqcadan yazıya alınmış proqramı evində izləyir

Bir tərcüməçi layihədən danışaraq deyir: «Əvvəl-əvvəl iş gözümüzü qorxudurdu. Ancaq durmadan dua edirdik, Yehovanın ruhuna bel bağlayırdıq. Bunun sayəsində hər gün Yehovanın köməyini hiss edirdik».

Tvi (asante) dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyası tvidilli bacı-qardaşlar üçün digər bir hədiyyədir. Bu nəşrin sayəsində onlar səxavətli Allahımız Yehovaya daha da yaxşı xidmət edə biləcəklər (Yaqub 1:17).