21 DEKABR 2017
QAZAXISTAN
Qazaxıstan Ali Məhkəməsi Teymur Əhmədovun apellyasiyasını rədd edir
4 dekabr 2017-ci il tarixində Qazaxıstan Ali Məhkəməsi haqsız olaraq qeyri-qanuni dini fəaliyyətdə təqsirkar bilinən Teymur Əhmədovun apellyasiya şikayətini rədd etdi. Əslində, o, sadəcə olaraq başqaları ilə dini əqidəsini bölüşürdü. Teymur Əhmədov 2017-ci il yanvarın 18-i gizli polis tərəfindən təşkil olunan reyd zamanı həbs olunub və o vaxtdan bəri nəzarət altında saxlanılır. O, may ayında rayon məhkəməsi tərəfindən təqsirkar bilindi və beşillik həbs müddətinə azadlıqdan məhrum edildi. 2017-ci il iyunun 20-si keçirilən apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxladı.
Onun apellyasiyasına baxış keçirilən zaman Ali Məhkəmə BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun bu yaxınlarda çıxartdığı qərara məhəl qoymadılar. Həmin qərarda Qazaxıstanın Əhmədovu din və söz azadlığı hüququndan məhrum etdiyi və onu ədalətsiz şəkildə hökm çıxardığı vurğulanır. Səhhətinin zəif olmasına baxmayaraq, Teymur Əhmədov imanında sarsılmazdır və Allaha tam etibar edir. Onun daha erkən azadlığa buraxılması üçün çəkilən zəhmətlər bəhrə verməsə də, o, bütün bunları çox qiymətləndirir. Həmçinin bütün dünyada onun azadlığa buraxılması üçün dua edən dindaşlarına ürəkdən minnətdardır.