Kontentə keç

17 MAY 2017
QAZAXISTAN

Qazaxıstan hökuməti xəstəlikdən əziyyət çəkən Yehovanın Şahidini həbs etdi və onun ibadətinə qadağa qoydu

Qazaxıstan hökuməti xəstəlikdən əziyyət çəkən Yehovanın Şahidini həbs etdi və onun ibadətinə qadağa qoydu

ALMATI, Qazaxıstan. 2017-ci il mayın 2-də Qazaxıstanın paytaxtı Astanada keçirilən məhkəmə müttəhim Teymur Əhmədovun Müqəddəs Kitab əsasında xoşniyyətli maarifləndirmə fəaliyyətini «dini qarşıdurmaya təhrik» və «[dini] ayrı-seçkilik təbliğatı» adlandıraraq, onu beş il müddətinə həbsə məhkum etdi. Həmçinin hakim həbs cəzasına əlavə olaraq Əhmədovun Müqəddəs Kitab üzrə maarifləndirmə fəaliyyətində iştirakına üçillik qadağa qoydu. Bu qərar qanaxma ilə müşayiət olunan şişdən əziyyət çəkən 61 yaşlı ailə başçısı, 3 övlad atası Teymur Əhmədovun həyatını təhlükə altına qoyur. Çünki müttəhimin müalicə almasına izin verilmir. Müttəhim Əhmədovun verilən qərara etiraz müraciətinə, çox güman ki, may ayının sonu, yaxud iyun ayının əvvəlində baxılacaq.

Bu qərar 2017-ci il yanvarın 18-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Teymur Əhmədovu Cinayət Məcəlləsinin 174.2-ci maddəsinin yanlış tətbiqi nəticəsində həbs etməsi ilə başlanan hüquqi prosesin növbəti faciəvi qərarı oldu. Qeyd edək ki, müttəhim Əhmədov bir neçə ay həbsdə saxlanılıb və müalicəsinə izin verilməyib. Yehovanın Şahidlərinin ümumdünya baş idarəsinin nümayəndəsi Deyvid Semonian deyir: «Bütün dünyadakı Yehovanın Şahidləri Teymur Əhmədova görə çox narahatdır. Biz ümid edirik ki, səlahiyyətli şəxslər bu əsassız ittihamları tezliklə ləğv edərək ölkənin qanunlarına tabe olan bu nümunəvi vətəndaşın öz ailəsinə qovuşmasına və ehtiyac duyduğu təcili tibbi yardım almasına icazə verəcək».

Yehovanın Şahidləri hesab edir ki, Astana məhkəməsinin verdiyi qərar Qazaxıstanın Rusiyanın dini dözümsüzlük fəaliyyətini izləməsinin göstəricisidir və çox guman ki, təzəlikcə Rusiya Ali Məhkəməsinin Yehovanın Şahidlərinin Rusiyadakı idarə mərkəzinin qadağan olunması ilə bağlı verdiyi qərardan qaynaqlanır. Deyvid Semonian açıqlama gətirir: «Rusiyada olduğu kimi, Teymur Əhmədov da terrorizmə qarşı mübarizə ilə bağlı qanunun ibadətimizə əsassız tətbiqinin qurbanıdır. BMT İnsan Hüquqları Komitəsi və ABŞ Dini Azadlıq üzrə Beynəlxalq Komissiyası daxil olmaqla, digər beynəlxalq təşkilatlar da Qazaxıstanı bu qanunları yanlış olaraq dinc ibadət edənlərə qarşı tədbiq etməyə son qoymağa səsləyir». O, sözlərini belə yekunlaşdırır: «Biz Qazaxıstandakı bütün dindaşlarımıza görə çox narahatıq. Ümid edirik ki, onlar bütün dünyada insanlara fayda gətirməklə tanınan maarifləndirmə fəaliyyətinə görə artıq təqib olunmayacaqlar. Bu işin gedişatı hər birimizi yaxından maraqlandırır».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Qazaxıstan: Bekzat Smaqulov, +7 747 671 45 01