Kontentə keç

4 İYUL 2017
QAZAXISTAN

Qazaxıstan hökuməti Yehovanın Şahidlərinin filialının fəaliyyətinə məhdudiyyət qoydu.

Qazaxıstan hökuməti Yehovanın Şahidlərinin filialının fəaliyyətinə məhdudiyyət qoydu.

2017-ci il iyunun 29-da Qazaxıstan məhkəməsi Yehovanın Şahidlərinin Almatıdakı filialının fəaliyyətinin üç aylıq dayandırılmasına və təxminən 680000 KZT (2107 ABŞ dolları) məbləğində cərimənin ödənilməsinə qərar verdi. 

Məhkəmənin qərarından bir müddət öncə, 2017-ci ilin may ayının 17-də dövlət orqanları filiala reyd keçirmişdi. Şahidlərin gözünü qorxutmaq üçün təşkil olunan reyddə iştirak edən təxminən 40 nəfər silahlı polisin bəziləri maska geyinmişdi. Şahidlər keçirilən reydlə əlaqədar şikayət etməyi planlaşdırır.

2017-ci il iyun ayının 5-də polis işçilərinin filial ərazisində keçirdikləri yoxlamadan sonra hakimiyyət nümayəndələri bəzi nöqsanların aşkar olunduğunu iddia etdi. Yehovanın Şahidləri hüquqi prosedurlara riayət edilmədən aparılan bu yoxlamanın nəticələri ilə razılaşmır.

Qazaxıstanda baş verən hadisələr polis hədələrinin, dini dözümsüzlüyün hökm sürdüyü və Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunduğu Rusiyadakı vəziyyəti xatırladır. Şahidlər iyunun 29-da verilən qərara qarşı şikayətlərini iyul ayının 14-nə qədər bildirəcəklər.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Qazaxıstan: Bekzat Smagulov, +7 747 671 45 01