Kontentə keç

11 APREL 2018
QAZAXISTAN

Qazaxıstan hökuməti 4 aprel 2018-ci il tarixində Teymur Əhmədovu azadlığa buraxdı

Qazaxıstan hökuməti 4 aprel 2018-ci il tarixində Teymur Əhmədovu azadlığa buraxdı

Qazaxıstan hökuməti Teymur Əhmədovu rəsmi şəkildə əfv edərək 4 aprel 2018-ci il tarixində azadlığa buraxdı. Bundan əvvəl 27 mart 2018-ci il tarixində Teymur qardaşın Alma-Ata şəhərində cərrahiyyə əməliyyatı olunması üçün ona dövlət tərəfindən icazə verilmişdi. Hal-hazırda qardaş həmin xəstəxanada əməliyyatsonrası reabilitasiya prosesini keçir.

61 yaşlı Teymur qardaş 18 yanvar 2017-ci il tarixində sadəcə imanına görə azadlıqdan məhrum olunmuşdu. O, nəhayət ailəsinə qovuşduğu üçün və qardaşların köməyi ilə xəstəxanada anma mərasimində iştirak etdiyi üçün xoşbəxtdir.

Yehovanın Öz sadiq bəndəsini azadlığa çıxarmasını görüb sevinirik (2 İşmuil 22:2).