Kontentə keç

1 YANVAR 2019
QIRĞIZISTAN

Qırğızıstanın Oş şəhərində hüquqi nailiyyət

Qırğızıstanın Oş şəhərində hüquqi nailiyyət

30 noyabr 2018-ci ildə Qırğızıstanın Ədliyyə Nazirliyi Qırğızıstanın ikinci böyük şəhəri olan Oş şəhərində Yehovanın Şahidlərini qeydiyyatdan keçirdi.

Qırğızıstanda Yehovanın Şahidləri 1998-ci ildə dövlət qeydiyyatından keçmişdi. Lakin 2008-ci ildə din haqqında yeni qanun qüvvəyə mindikdən sonra Oş şəhərinin yerləşdiyi Qırğızıstanın cənub regionundakı şəhərlərdə yerli hakimiyyət nümayəndələri müntəzəm olaraq Yehovanın Şahidlərinə qeydiyyat verməkdən imtina edirdi. Nəticədə, şəhərin hakimiyyət nümayəndələri Yehovanın Şahidlərinin məsihi yığıncaqlarını və ictimai şahidliyini qanunsuz hesab edirdi. Bəzən polis qardaşlarımızın ibadət üçün yığışdıqları şəxsi evlərə və ya kirayə götürdükləri yerlərə reydlər keçirirdi.

Sevinirik ki, bu müsbət nailiyyət Qırğızıstandakı Yehovanın Şahidlərinin azad şəkildə toplaşmaq və Müqəddəs Kitabdakı xoş xəbəri dinc şəkildə bölüşmək hüquqlarının daha da qorunmasına töhfə vermiş olacaq (1 Timutiyə 2:1—4).