Kontentə keç

5 İYUN 2018
QVATEMALA

Qvatemalada vulkan püskürüb

Qvatemalada vulkan püskürüb

Bazar günü, 3 iyun 2018-ci il tarixində Qvatemalada Fueqo («alov vulkanı») vulkanının püskürməsi nəticəsində lava axınları ətrafa yayılıb və tüstü burumları 9 kilometr hündürlüyə qalxıb. Vulkanın zərər vurduğu ərazidə azı on yığıncaq var. Xoşbəxtlikdən heç bir dindaşımıza zərər dəyməyib. Bununla belə, səkkiz dindaşımız təhlükəsizlik tədbiri olaraq, ərazidən çıxarılıb. 2 Korinflilərə 8:14, 15 ayələrinə əsasən, qonşu ərazilərdəki dindaşları onları qida, yaşayış yeri və nəqliyyatla təmin edib.