Kontentə keç

2 SENTYABR 2019
RUANDA

Ruanda jest dilində ilk regional toplantı baş tutub

Ruanda jest dilində ilk regional toplantı baş tutub

16—18 avqust 2019-cu il tarixlərində Ruandanın paytaxtı Kiqali şəhərində ilk dəfə Ruanda jest dilində regional toplantı keçirilib. İştirakçıların ən yüksək sayı 620 nəfər olub. 8 kar insan vəftiz olunub.

İştirakçılar həmd nəğməsi ifa edirlər

Bazar günü toplantıda iki dövlət məmuru iştirak edib: Ruanda Milli Karlar Birliyinin direktorlar şurasının üzvü cənab Jan Damasen Bizimana və Milli Əlillər Şuranın icraçı katibi cənab Emmanuel Ndayisaba. Bundan əlavə, «Ukwezi» qəzeti bazar gününün proqramı barədə məlumat verib və internet səhifəsində toplantı barədə müsbət rəy dərc edib.

Bacı görmə və danışıq qabiliyyəti olmayan qadın üçün tərcümə edir

Cənab Bizimana deyib: «Toplantıya söz ola bilməz! Siz ölkənin müxtəlif bölgələrindən olan kar insanları birləşdirmisiniz — çox sağ olun. Yehovanın Şahidlərinə minnətdarıq ki, kar insanlara bir-biriləri ilə ünsiyyətdə olmağa kömək edir. Dövlət məmurları insanlar arasında birlik yaradan bu kimi tədbirləri gəlib öz gözləri ilə görməli və sizdən ibrət götürməlidirlər».

Son iki ildə Ruanda jest dili sahəsində daha iki mühüm hadisə baş verib. 2017-ci ilin sentyabr ayında Ruanda filialının təşkilatçılığı ilə Ruanda jest dilində ilk Öncül Məktəbi keçirilib. Bir il sonra, 2018-ci ilin sentyabr ayında filial rəsmi olaraq nəşrlərimizi Ruanda jest dilinə tərcümə etməyə başlayıb.

Jest dilində keçirilən toplantıda filial nümayəndəsi kimi iştirak etmiş Jan d’Amor Habiyaremye qardaş deyib: «Ruanda jest dili sahəsində əldə edilmiş nailiyyətlər, məsələn, bu toplantı bizi çox sevindirir. Toplantının mövzusu olan “Məhəbbət heç vaxt tükənmir!” şüarı sadəcə sözlər deyil, Yehovanın Şahidləri bütün insanları, o cümlədən karları ürəkdən sevdiyini əməlləri ilə göstərirlər».

Jest dili sahəsindəki irəliləyişlər Yehovanın bol xeyir-dualarından xəbər verir (Zəbur 67:1).