20 APREL 2021
RUMINİYA
2021-ci ilin anma mərasimi. Rumıniyada məhbuslar nitqə «Zoom» vasitəsilə qulaq asıb
Artıq 17 ildir ki, Rumıniyada qardaşlar Jilava həbsxanasında (Buxarest şəhərinin yaxınlığı) məhbuslara Müqəddəs Kitab dərsləri keçir. COVID-19 pandemiyası başlayandan məhbuslara baş çəkməyə icazə verilmir. Bu il martın 27-nə təsadüf etmiş İsa Məsihin ölümünü anma mərasiminə iki həftə qalmış həbsxana müdiriyyəti Müqəddəs Kitab dərslərini «Zoom» vasitəsilə keçirməyə icazə verdi. Qardaşlar anma mərasimini də onlayn keçirmək üçün icazə istədilər. Müdiriyyət buna icazə verdi. Anma mərasimində 21 məhbus, eləcə də həbsxananın rəis müavini də daxil olmaqla, 4 həbsxana işçisi iştirak etdi.
Korneliu Çapan qardaş rumın dilində nitqlə çıxış etdi. Anqelos Karamplias isə nitqi bir məhbus üçün yunan dilinə tərcümə edirdi.
Korneliu qardaş deyir: «Bu nitqlə çıxış etmək mənim üçün böyük şərəf idi. Məhbuslar nitqə diqqətlə qulaq asırdılar və İsanın onların uğrunda verdiyi böyük qurban haqda düşünürdülər».
Anqelos qardaş deyir: «Biz çox şadıq ki, Yehova bizə burada təbliğ etməyə və anma mərasimini keçirməyə imkan yaratdı. Ümid edirik ki, gələcəkdə başqa məhbuslar da Müqəddəs Kitab dərslərinə qoşulacaq və Müqəddəs Kitabdan təsəlli tapacaq».
Məhbuslara anma mərasiminin nitqinə qulaq asmaq üçün şərait yaratdıqlarına görə həbsxana müdiriyyətinə minnətdarıq (1 Timutiyə 2:3,4).