Kontentə keç

21 APREL 2020
RUMINİYA

Videokonfrans vasitəsilə rumın dilində Müqəddəs Kitabın buraxılışı

Videokonfrans vasitəsilə rumın dilində Müqəddəs Kitabın buraxılışı

19 aprel 2020-ci il tarixində Rumıniyanın paytaxtı Buxarestdə baş tutmuş xüsusi toplantıda Müqəddəs Kitabın yenidən baxılmış «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan olundu. Kitabın buraxılışı haqqında nitqi Rumıniya filial komitəsinin üzvü Con Brenka təqdim etdi. Nitq videokonfrans və strim vasitəsilə Rumıniya və Moldovadakı bütün rumındilli yığıncaqlara yayımlandı. Proqram macar, qaraçı (Rumıniya) və rumın jest dillərinə də tərcümə edilirdi. Proqrama 69000-dən çox adam baxdı.

Müqəddəs Kitabı üç il ərzində iki qrup tərcümə edib. Yenidən baxılmış bu tərcümədə Müqəddəs Kitabın mətni aydın, təbii və dəqiq verilib. Bir tərcüməçi deyib: «Yenidən baxılmış “Yeni Dünya Tərcüməsi” müasir dildə olduğu üçün onu oxumaq rahatdır... Bunun sayəsində Allahın Kəlamında yazılmış vacib sözlər düz oxucunun ürəyinə yol tapır».

Tərcümə qrupunun digər üzvü isə deyib: «Tərcümənin dili sadə olduğu üçün hər yaşda insan onu şəxsi mütaliəsi zamanı rahat istifadə edə bilər. Mən əminəm ki, səmimi-qəlbli insanlar onun köməyi ilə Yehovaya daha sıx bağlanacaqlar. Bu, canlı dildə olan canlı kitabdır».

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» tam və ya qismən 186 dilə tərcümə olunub, onlardan 31-i 2013-cü ildə ingiliscə dərc edilmiş yenidən baxılmış versiyadan tərcümə edilib. Dünyanın müxtəlif yerlərində yaşayan 65000-dən çox rumındilli Yehovanın Şahidi bu tərcümədən tam faydalanacaq.

Bu sevindirici hadisə Yehovanın Onu sevən və birlik içində Ona xidmət edənlərə verdiyi xeyir-duanın bariz nümunəsidir (Məsəllər 10:22).