14 SENTYABR 2023 | YENİLƏNİB: 22 SENTYABR 2023
RUSİYA
Üç bacı duanın gücünü görür | YENİLƏNİB. BACILAR MƏHKUM OLUNDU
21 sentyabr 2023-cü il tarixində Amur Vilayətinin Zeya Rayon Məhkəməsi Marqarita Moiseyenko, Qalina Yatsik və Yelena Yatsiki təqsirli bildi. Marqarita Moiseyenko üç il, Qalina Yatsik iki il, Yelena Yatsik isə iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
Bacılar barədə məlumat
Bacılarımızın nümunəsi göstərir ki, Yehova dualarımızı eşidir və çətinliklər zamanı ehtiyac duyduğumuz keyfiyyətləri yetişdirməyə kömək edəcək (1 Yəhya 5:14).
Hadisələrin gedişatı
21 mart 2019-cu il
Marqarita bacının evində axtarış aparıldı
13 oktyabr 2020-ci il
Yelena və Qalinanın evində axtarış aparıldı
22 noyabr 2021-ci il
Cinayət işi açıldı
15 fevral 2022-ci il
Başqa yerə getməmək barədə iltizam götürüldü
24 aprel 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başladı