Kontentə keç

Moskva Vilayətinin Çexov Şəhər Məhkəməsi

21 MAY 2021
RUSİYA

Üç qardaş və bir bacı sınaqlar qarşısında Yehovaya güvənir

Üç qardaş və bir bacı sınaqlar qarşısında Yehovaya güvənir

YENİLƏNİB | Üç qardaş və bir bacının ikinci şikayəti təmin edilmədi

13 yanvar 2022-ci il tarixində Birinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Yuri Krutyakov, onun həyat yoldaşı Zinaida, Vitali Nikiforov və Konstantin Jerebtsovun ikinci şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

20 iyul 2021-ci il tarixində Moskva Vilayət Məhkəməsi Krutyakov Yuri və Zinaida, Vitali Nikiforov və Konstantin Jerebtsova çıxarılmış şərti həbs cəzası barədə qərarı qüvvədə saxladı.

24 may 2021-ci il tarixində Moskva Vilayətinin Çexov Şəhər Məhkəməsinin qərarı ilə Yuri Krutyakov altı il, Zinaida Krutyakova, Vitali Nikiforov və Konstantin Jerebtsov isə iki il müddətinə şərti həbs cəzasına məhkum edildilər.

Dindaşlarımız barədə məlumat

Yuri Krutyakov

  • Doğulduğu il: 1952 (Nijnı Novqorod şəhəri)

  • Bioqrafiya. Sənaye və mülki inşaat fakültəsini bitirib. Layihə institutunda çerçyojçu işləyib və inşaat idarələrində müxtəlif vəzifələrdə çalışıb. İllərlə həyatın mənasının axtarışında olub. 1998-ci ildə vəftiz olunub.

    2012-ci ildə Zinaida ilə evlənib. Onlar yemək bişirməyi və musiqiyə qulaq asmağı sevirlər.

Zinaida Krutyakova

  • Doğulduğu il: 1958 (Nijnedevitsk kəndi)

  • Bioqrafiya. Qızını tək böyüdüb. Keramika və odadavamlı materiallar üzrə texnoloq işləyib. İndi pensiyadadır.

    Dünyada hökm sürən ədalətsizlik onu çaşqınlığa salırdı. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başlayanda suallarına qaneedici cavab tapdı. 2003-cü ildə vəftiz olundu. 2012-ci ildə Yuri ilə evləndi.

Vitali Nikiforov

  • Doğulduğu il: 1968 (Pskov vilayəti, Nevel şəhəri)

  • Bioqrafiya. Uşaqlıqdan riyaziyyatı və idmanla məşğul olmağı sevir. Rusiyanın Hava Qüvvələrində aviatexnik işləyib.

    Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə 2005-ci ildə öyrənməyə başladı. 2007-ci ildə hərbidən istefa verib pensiyaya çıxdı. 2012-ci ildə vəftiz olundu.

Konstantin Jerebtsov

  • Doğulduğu il: 1973 (Türkmənistan)

  • Bioqrafiya. Cavanlıqda ağır atletika ilə məşğul olurdu və marka yığırdı. Texnikumu bitirdikdən sonra elektrik işləyib. 2003-cü ildən isə atom elektrik stansiyaları üçün avadanlıqlar istehsal edən maşınqayırma zavodunda işləyir.

    1994-cü ildə Natalya ilə evlənib. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə birlikdə araşdırıblar. 2016-cı ildə vəftiz olunub.

Cinayət işi haqda məlumat

30 sentyabr 2019-cu il tarixində Moskva vilayəti üzrə Rusiyanın İstintaq Komitəsi Krutyakovlar Yuri və Zinaida, Vitali Nikiforov və Konstantin Jerebtsov barədə cinayət işləri açdı. İki gündən sonra onların evlərində axtarış aparıldı.

Vitali, Konstantin və Zinaida saatlarla sorğu-sual edildi və onları bütün gecə həbsdə saxladılar. Sonra onları ev dustaqlığına saldılar.

5 mart 2020-ci il tarixində Yurini istintaq təcridxanasına saldılar. Onu üç müxtəlif təcridxanaya keçiriblər. O hələ də təcridxanadadır.

Konstantin deyir ki, uzun müddət davam edən bu sınaqlara dözməyə ona dua kömək edir. Reyddən qabaqkı gecə o, Yehovadan xahiş etmişdi ki, narahatçılıqdan azad olmağa kömək etsin. Qardaş deyir: «Hakimiyyət nümayəndələrinə qarşı hörmətcil olmağımız və özümüzü sakit aparmağımız sayəsində ailəlikcə gözəl şahidlik verdik və bununla Allahın xalqının sülhsevər və qanuna itaət edən olduğunu göstərdik».

Konstantin davam edir: «Çətin anlarda məni Zəkəriyyə 2:8 ayəsi ruhlandırır və güc verir. Bu ayə mənə xatırladır ki, Yehova üçün çox əziz və dəyərliyəm; O məni göz bəbəyi kimi qoruyacağına söz verir».

Qayğı yüklərini Yehovaya verən bu dindaşlarımız əmindirlər ki, Yehova bundan sonra da onlara dayaq olacaq (Zəbur 55:22).