Kontentə keç

Valeri Rabota

29 MART 2024 | YENİLƏNİB: 10 İYUL 2024
RUSİYA

«Ürəyimdə qorxu və narahatlıq yoxdur» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU

«Ürəyimdə qorxu və narahatlıq yoxdur» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU

10 iyul 2024-cü ildə Xabarovsk Vilayətinin Xabarovsk Rayon Məhkəməsi Valeri Rabota qardaşı təqsirli bilərək altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsxanaya salınmayacaq.

Dindaşımız barədə məlumat

Valerinin göstərdiyi güclü imana görə minnətdarıq. Əminik ki, Yehova həm Valerinin, həm də Ona sədaqətlə xidmət edən digər bacı-qardaşlarımızın qayğısına qalacaq (Zəbur 37:28).

Hadisələrin gedişatı

  1. 1 mart 2022

    Barəsində cinayət işi açılır

  2. 3 mart 2022

    Evində axtarış aparılır, sorğu-sual edilir və müvəqqəti saxlama kamerasına salınır

  3. 5 mart 2022

    İstintaq təcridxanasına keçirilir

  4. 29 iyun 2022

    İstintaq təcridxanasından buraxılır və ev dustaqlığına salınır

  5. 7 oktyabr 2022

    Ev dustaqlığından azad edilir və ondan başqa yerə getmək barədə iltizam alınır

  6. 11 may 2023

    Cinayət işi üzrə məhkəmə icraatı başlanır