Kontentə keç

Aleksey Yerşov

5 NOYABR 2021
RUSİYA

İbadət Aleksey Yerşova ruh düşkünlüyü ilə mübarizədə kömək edir | YENİLƏNİB

İbadət Aleksey Yerşova ruh düşkünlüyü ilə mübarizədə kömək edir | YENİLƏNİB

7 aprel 2022-ci ildə Tomsk Vilayət Məhkəməsi Aleksey Yershov barəsində çıxarılmış qərarı dəyişdi. İndi o, üç il müddətinə şərti həbs cəzası çəkəcək. O, dərhal həbsxanadan azadlığa buraxıldı.

19 yanvar 2022-ci il tarixində Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsi Aleksey Yerşovu üç il müddətinə həbsə məhkum etdi. Hökm dərhal qüvvəyə mindi.

Hadisələrin gedişatı

  1. 22 iyun 2021-ci il

    Cinayət işinin materialları Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsinə göndərildi.

  2. 30 mart 2021-ci il

    Bir ildən çox özünü Müqəddəs Kitabla maraqlanan insan kimi qələmə verən bir nəfərin apardığı videoyazılar əsasında Alekseyə qarşı ittiham irəli sürüldü.

  3. 14 iyul 2020-ci il

    FTX (Rusiyanın gizli polisi) və İstintaq Komitəsinin müfəttişləri Alekseyin evinə soxulub yeddi saat axtarış apardılar. Onun bank kartları, elektron cihazları, Müqəddəs Kitabı, pasportları və Wi-Fi routeri müsadirə edildi.

Qardaş barədə məlumat

Müqəddəs Kitabı hər gün oxumaq və dua etmək Rusiyadakı bacı-qardaşlara bundan sonra da güc və təsəlli verəcək. Zəbur 9:9 ayəsi bizi əmin edir: «Yehova məzlumlar üçün pənah yeri, dar gündə sığınacaqdır».