Kontentə keç

Yuri qardaş məhkəmə zalında qəfəsdə (26 avqust 2020-ci il)

11 DEKABR 2020
RUSİYA

İki ildən çoxdur həbsdə olan Yuri Savelyev səkkiz ilədək həbsə məhkum edilə bilər

İki ildən çoxdur həbsdə olan Yuri Savelyev səkkiz ilədək həbsə məhkum edilə bilər

Qərarın elan ediləcəyi tarix

16 dekabr 2020-ci il tarixində a Novosibirsk şəhərinin Leninski Rayon Məhkəməsində Yuri Savelyevin işi üzrə qərarın elan edilməsi gözlənilir. Prokuror onun üçün səkkiz il həbs cəzası istəyib. Əgər o, bu müddətə məhkum olunarsa, bu, Rusiyada Ali Məhkəmənin 2017-ci il tarixli qərarından sonra təyin edilmiş ən uzunmüddətli həbs cəzası olacaq.

Qardaş haqqında məlumat

Yuri Savelyev

  • Doğulduğu il: 1954 (Novosibirsk vilayəti, Kroxalyovka)

  • Bioqrafiya. Anası o, körpə ikən vəfat edib. Onu bacısı böyüdüb. Metallurgiya zavodunda santexnik işləyib. Həyat yoldaşı öləndən sonra dinə marağı yarandı. O, Müqəddəs Kitabda suallarına məntiqli cavab tapdı. 1996-cı ildə vəftiz olunaraq Yehovanın Şahidi oldu.

Cinayət işi haqda məlumat

8 noyabr 2018-ci il tarixində polis Novosibirsk vilayətində onun və digər Yehovanın Şahidlərinin yaşadığı doqquz evə reyd keçirdi. Yurini tutub məhkəməyədək həbsə saldılar.

Yuri həmin şəhərdə Yehovanın Şahidlərinin fəaliyyətini təşkil etməkdə ittiham olundu. Çoxsaylı apellyasiya şikayətlərinə baxmayaraq, onun məhkəməyədək həbsi doqquz dəfə uzadıldı. O, iki ildən çoxdur həbsdədir. Rusiya Ali Məhkəməsinin 2017-ci il tarixli qərarından sonra yalnız Dennis Kristensen və Sergey Klimov Yuri qardaşdan daha çox müddət həbsdə olub.

Çərşənbə günü, 9 dekabr 2020-ci il tarixində məhkəmədə son sözü ilə çıxış edən Yuri qardaş hakimə cəsarətlə deyib: «Məni hansısa cinayəti törətməkdə yox, Yehovanın Şahidlərinin təlimlərinə riayət etməkdə ittiham edirlər.

Mənim düşmənim yoxdur. Yaşadığım 67 il ərzində bircə dəfə də olsun nə inzibati xəta, nə də cinayət törətməkdə ittiham olunmuşam. Siyasi məsələlərdə bitərəf olmaq mövqeyini seçmişəm. Başqa sözlə desək, mən istər şifahi, istər psixoloji, istərsə də fiziki zorakılığın hər bir formasının əleyhinəyəm.

Allahın tələblərinə əməl edərək bütün insanlara mövqeyindən, milliyyətindən və dinindən asılı olmayaraq, hörmət göstərirəm.

Allahın Kəlamında həmçinin deyilir ki, hökumətə hörmət etmək lazımdır. Romalılara məktubun 13:1—3 ayələrində deyilir: “Qoy hər kəs hökumətə tabe olsun, çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz. Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar. Bu səbəbdən hökumətə qarşı çıxan Allahın təsis etdiyi quruluşa qarşı çıxır”.

Mən hökumətə qarşı çıxmıram, çünki Allaha qarşı çıxmaq istəmirəm. Bu, ölümə bərabərdir. Mən həqiqi Allah və Onun Oğlu İsa Məsih barədə yalnız Yehovanın Şahidləri sayəsində öyrənmişəm. Onların sayəsində əmin oldum ki, Müqəddəs Kitab qeyri-adi kitabdır. Orada həyatımızın bütün sahələri barədə yazılıb».

Yuri qardaşın imanda möhkəm qaldığı və Allahın ona Öz sülhünü verdiyi barədə eşitmək bizi çox ruhlandırır (Əşiya 26:3).

a Tarix dəyişə bilər.