Kontentə keç

Soldan sağa: Vladimir Xoxlov, Tatyana Şamşeva, Olqa Silayeva və Eduard Jinjikov

3 SENTYABR 2020
RUSİYA

İki qardaş və iki bacı əqidələrinə görə məhkum edilib

İki qardaş və iki bacı əqidələrinə görə məhkum edilib

Hökm

3 sentyabr 2020-ci il tarixində Bryansk vilayətinin Novozıbkov Şəhər Məhkəməsi Vladimir Xoxlovu, Tatyana Şamşevanı, Olqa Silayevanı və Eduard Jinjikovu məhkum etdi. Onlara bir ildən bir il üç ayadək həbs cəzası təyin edildi. Lakin məhkəməyədək həbsdə saxlama müddəti nəzərə alındığı üçün onlar azad edildilər.

Bacı-qardaşlar haqda qısa məlumat

Vladimir Xoxlov

  • Doğulduğu il: 1977 (Bryansk vilayəti, Novozıbkov)

  • Bioqrafiya: İxtisasca mexanikdir. Yehovanın Şahidi olmazdan əvvəl hərbi xidmət keçib. Futbol oynamağı, kitab oxumağı, balıq tutmağı və gitara çalmağı sevir.

  • Dostu ona Müqəddəs Kitabı araşdırmağı məsləhət gördü. 2007-ci ildə Olqa ilə ailə həyatı qurdu. Onların Anastasiya adında qızı var. Bütün ailə Yehovaya xidmət edir.

Tatyana Şamşeva

  • Doğulduğu il: 1977 (Voloqda vilayəti, Çerepovets)

  • Bioqrafiya: İxtisasca iqtisadçıdır. Uzun illər ərzində iqtisadiyyat, hüquq və mühasibatı tədris edib. 1995-ci ildə vəftiz olub. Başqalarına Müqəddəs Kitabdakı müdrik məsləhətlər vasitəsilə kömək etməyi sevir.

Olqa Silayeva

  • Doğulduğu il: 1988 (Moskva vilayəti, Davıdovo)

  • Bioqrafiya: Ailədə üç uşaqdan ən kiçiyidir. Peşə məktəbini istilik mühəndisi ixtisası üzrə bitirib. Tikməni, kitab oxumağı və voleybol oynamağı sevir. Anasının nümunəsi onu Müqəddəs Kitabı araşdırmağa təşviq etdi.

Eduard Jinjikov

  • Doğulduğu il: 1971 (Bryansk vilayəti, Zadnya)

  • Bioqrafiya: Qaynaqçı və qapıçı, eləcə də polis şöbəsində işləyib. Musiqi qrupunun üzvü olub. 1993-cü ildə həmin qrupun üzvü olan Tatyana ilə evlənib. Şeir yazmağı və gitara çalmağı sevir.

  • 1990-cı illərin sonunda Müqəddəs Kitabı araşdırmağa başladı və bir çox suallarına cavab tapdı. Bunun sayəsində pis vərdişlərdən azad oldu və onun ailə həyatı yaxşılaşdı. Bunlar Tatyanaya güclü təsir bağışladı. O da Yehovanın Şahidi oldu.

Cinayət işi haqda məlumat

11 iyun 2019-cu ildə Rusiyanın Bryansk vilayətində Yehovanın Şahidlərinin yaşadığı 22 evə reyd keçirildi. Bacılarımız Tatyana Şamşeva və Olqa Silayeva tutuldular. Onların hər ikisini 245 gün məhkəməyədək həbsdə saxladılar. 2020-ci ilin may ayında onlar azad edildilər və evlərinə qayıtdılar.

16 oktyabr 2019-cu il tarixində qardaşlarımız Vladimir Xoxlov və Eduard Jinjikova qarşı cinayət işi açıldı. Bir müddət sonra onların işi bacıların işi ilə bir icraatda birləşdirildi. Yeddi gündən sonra qardaşları məhkəməyədək həbsə aldılar və məhkəmənin qərarından sonra onları azad etdilər.

«Rəhbərlik Şurasının müraciəti 5 (2020)» videosunda bacıların müsahibəsi gətirilib. Olqa bacı deyib ki, məhkəməyədək həbsdə olduğu səkkiz ay ərzində daha da əmin oldu ki, üzləşdiyi «sınaqlar nə qədər ağır olur-olsun, Yehova həmişə bu sınaqlara dözmək üçün kifayət qədər müqəddəs ruh verir». Tatyana bacı isə deyib: «Yehova həmişə bizim yanımızdadır. O, həmişə bizə dayaq olur, güc verir, kömək edir».

Biz əminik ki, Yehova bundan sonra da Rusiyada həbsdə olan və ya həbs olunmaq təhlükəsi ilə üzləşən bütün bacı-qardaşlarımıza bu sınaqlara sevinc və qəlb rahatlığı ilə dözməyə kömək edəcək (1 Korinflilərə 10:13).