Kontentə keç

Andrey Sazonov

26 AVQUST 2021 | YENİLƏNİB: 12 YANVAR 2024
RUSİYA

İki uşaq atası 15 il müddətinə həbsə məhkum edilmək təhlükəsi ilə üzləşib | YENİLƏNİB. İTTİHAM HÖKMÜ LƏĞV EDİLDİ

İki uşaq atası 15 il müddətinə həbsə məhkum edilmək təhlükəsi ilə üzləşib | YENİLƏNİB. İTTİHAM HÖKMÜ LƏĞV EDİLDİ

11 yanvar 2024-cü il tarixində Xantı-Mansi vilayət məhkəməsi Andrey Sazanovla bağlı ittihamı ləğv etdi. Onun işi yenidən araşdırılaraq Xantı-Mansi şəhər məhkəməsinə qaytarılacaq.

Hadisələrin gedişatı

  1. 24 dekabr 2021-ci il tarixində Uray Şəhər Məhkəməsi (Xantı-Mansi Muxtar Mahalı—Yuqra) Andrey Sazonovu məhkum edərək 500 000 rubl (6785 ABŞ dolları) məbləğində cərimələdi. Onu 15 il müddətinə məhkum edə bilərdilər. Qardaşın məhkum edildiyi xəbəri bizi kədərləndirsə də, onun azadlıqda qalacağına sevinirik.

  2. 22 iyun 2020-ci il

    Andreyin cinayət işi üzrə məhkəmə araşdırması başladı.

  3. 22 avqust 2019-cu il

    Andrey ev dustaqlığından azad edildi. Ondan başqa yerə getməmək barədə iltizam götürüldü və məhkəmənin qərarı ilə digər məhdudiyyətlər qoyuldu.

  4. 26 fevral 2019-cu il

    Andrey ev dustaqlığına keçirildi.

  5. 6 fevral 2019-cu il

    Andreyi müvəqqəti saxlama kamerasına saldılar, iki gündən sonra, iş yerində və maşınında axtarış keçirdikdən sonra onu istintaq təcridxanasına keçirdilər.

  6. 31 yanvar 2019-cu il

    Andrey «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə və onda iştirak etməkdə» ittiham edildi.

Qardaş barədə məlumat

Rusiyadakı bacı-qardaşlarımıza çox minnətdarıq, onlar bizə gözəl örnəkdir. Biz əminik ki, Yehova bundan sonra da onlara güc verəcək və cəsur edəcək (Zəbur 138:3).