2 MAY 2023 | YENİLƏNİB: 3 İYUL 2023
RUSİYA
İman örnəklərindən nümunə götürür | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ
30 iyun 2023-cü il tarixində Novosibirsk Şəhərinin Leninski Rayon Məhkəməsi Dmitri Doljikov qardaşı təqsirli bilərək onu üç il müddətinə həbsə məhkum etdi. Hakim həbs cəzasını üç il müddətinə məcburi əmək ilə əvəz etdi. Qardaş həbsə salınmayacaq. Məcburi əmək dövrü ərzində qardaşın əmək haqqısının 10 faizi dövlət tərəfindən tutulacaq. Həmçinin qardaşa şəhəri tərk etmək qadağandır.
Qardaş barədə məlumat
Biz əminik ki, Yehova iman və dözüm göstərən həm Dmitriyə, həm də bizlərə daima güc verəcək (Vəhy 2:19).
Hadisələrin gedişatı
13 may 2022-ci il
Cinayət işi açıldı
8 sentyabr 2022-ci il
Mənzilində axtarış aparıldı. Müvəqqəti saxlama kamerasına salındı
9 sentyabr 2022-ci il
Sorğu-sual edildi və təyyarə ilə Novosibirskdən 1500 kilometr məsafədə yerləşən Çelyabinskdəki istintaq təcridxanasına aparıldı
11 noyabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı
24 noyabr 2022-ci il
İstintaq təcridxanasından buraxıldı və ev dustaqlığına keçirildi