Kontentə keç

İnver Siyuxov

18 MAY 2022| YENİLƏNİB: 12 MART 2024
RUSİYA

İnver Siyuxov Yehovadan qüvvət alır | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

İnver Siyuxov Yehovadan qüvvət alır | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

7 mart 2024-cü il tarixində Adıge Respublikasının Maykop Şəhər Məhkəməsi İnver Siyuxovu altı illik həbs cəzasına məhkum etdi. Qardaş 2021-ci ilin aprel ayından istintaq təcridxanasında saxlanılırdı və həbsdə qalırdı.

Hadisələrin gedişatı

  1. 15 aprel 2021-ci il

    İnveri videokonfrans vasitəsilə yığıncaqlar keçirməkdə ittiham etdilər.

  2. 16 aprel 2021-ci il

    İnverin, eləcə də digər dörd Yehovanın Şahidinin evində axtarış aparıldı. İnveri sorğu-sual edib müvəqqəti saxlama kamerasına saldılar.

  3. 17 aprel 2021-ci il

    İnveri istintaq təcridxanasına göndərdilər.

  4. 15 avqust 2021-ci il

    İnveri Maykopdan 110 kilometr aralıda yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsinin bölməsinə keçirdilər.

  5. 13 sentyabr 2021-ci il

    Məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Əminik ki, Rusiyadakı əziz bacı-qardaşlarımız bundan sonra da «Rəbdən və Onun gücünün əzəmətindən qüvvət [alacaqlar]» (Efeslilərə 6:10).

a İnver hal-hazırda istintaq təcridxanasında olduğu üçün müsahibə onun bacısından götürüldü.