Kontentə keç

Qardaşımız İqor İvaşin

27 MART 2020
RUSİYA

İqor İvaşin yeddi il həbs cəzasına məhkum edilə bilər

İqor İvaşin yeddi il həbs cəzasına məhkum edilə bilər

31 mart 2020-ci il tarixində Saxa Respublikasının (Rusiya) Lenski Rayon Məhkəməsinin qardaşımız İqor İvaşinin işi üzrə qərar verməsi gözlənilir. Prokuror onun üçün yeddi il həbs cəzası istəyib.

2018-ci ilin fevral ayında Yakutsk Şəhər Məhkəməsi polisə İqor qardaşın telefon danışıqlarına qulaq asmağa icazə vermişdi. Bundan bir neçə ay sonra yerli hakimiyyət nümayəndələri, İqor qardaş da daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı səkkiz evə reyd keçirdi. Onu və 21 dindaşını polis bölməsinə aparıb sorğu-sual etdilər. Prokurorun müavini onu «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham etmək üçün dəlillər axtarmağa başladı.

20 noyabr 2019-cu il tarixində ittihamı dəstəkləyən dəlillərin olmadığı əsası ilə iş təkrar baxış üçün prokurorluğa qaytarıldı. Prokuror şikayət verdi və iş yenidən baxış üçün birinci instansiya məhkəməsinə göndərildi. Məhkəmə 2020-ci il fevralın əvvəlində başladı.

İqor qardaşın və onun həyat yoldaşı Nataliyanın iki qız övladı var. Onun məhkəmə işi bitmək üzrədir. Biz dua edirik ki, İvaşinlər ailəsi «hər şeyə sevinclə və səbirlə tab [gətirsin]» (Koloslulara 1:11).