12 FEVRAL 2021
RUSİYA
İqor Tsaryov şərti həbs cəzasına məhkum edilib
29 aprel 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi İqor Tsaryov barədə çıxarılmış qərarı dəyişməz saxladı. Birinci instansiya məhkəməsinin qərarı ilə o, iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edilmişdi.
12 fevral 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi İqor Tsaryovu iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.
Məhkəməsi getdiyi müddətdə İqor ruhdan düşmürdü və nikbinliyi qoruyurdu. Fevralın 11-i son sözü ilə çıxır edərkən o dedi: «Fikirləşirdim, görəsən, son sözümə necə başlayım. Sonra qərara gəldim ki, həvari Bulusun bütün məsihilərə verdiyi məsləhətə əməl edim. Koloslulara yazdığı məktubda o, bizi səsləyir: “Şükür edənlərdən olun”.
Ona görə, möhtərəm Hakim, məhkəmə zamanı hökm sürən sakit ab-havaya və bizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm... Ələlxüsus da Yaradanımız Yehova Allaha minnətdaram, çünki bütün məhkəmə boyu O, mənə sülh və qəlb rahatlığı verirdi» (Koloslulara 3:15).