Kontentə keç

İqor Tsaryov

28 YANVAR 2021
RUSİYA

İqor Tsaryov dörd il müddətinə həbsə məhkum edilə bilər

İqor Tsaryov dörd il müddətinə həbsə məhkum edilə bilər

Qərarın elan ediləcəyi tarix

1 fevral 2021-ci il tarixində a Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsində İqor Tsaryov qardaşın işi üzrə qərarın elan edilməsi gözlənilir. O, dörd il müddətinə həbsə məhkum edilə bilər.

Qardaş barədə məlumat

İqor Tsaryov

  • Doğulduğu il: 1974 (Yəhudi Muxtar Vilayəti, Birakan qəsəbəsi)

  • Bioqrafiya. İki kiçik bacısı var. Ailənin dolanışığına kömək etmək üçün məktəbdə oxuya-oxuya ağackəsən, dülgər və elektrik işləyib. Təbiət qoynunda vaxt keçirməyi və balıq tutmağı sevir.

  • Hərbi xidmətdə olanda həyatın mənası haqda düşünməyə başladı. Nəticədə, o və atası Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladılar. 1997-ci ildə vəftiz olundu. 1998-ci ildə Viktoriya ilə ailə həyatı qurdu. Bir məktəbli qız övladı var.

Cinayət işi haqda məlumat

30 iyul 2019-cu il tarixində onun barəsində cinayət işi açıldı. Onu «Yehovanın Şahidlərinin təlimlərini yaymaq məqsədilə» Müqəddəs Kitabı araşdırmaqda ittiham etdilər. Bunun sübutu kimi Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən aparılmış dini yığıncaqların gizli videoçəkilişləri təqdim edildi. Qəribə olsa da, prokuror vəsatət verib xahiş etdi ki, qardaşın məhkəmə iclasları qapalı keçirilsin. Prokuror izah etdi ki, məqsəd iclasa gələnlərin İqorun dini əqidəsini qəbul etmələrinin qarşısını almaqdır. Məhkəmə onun vəsatətini təmin etdi.

İqor deyir: «Tezliklə, hökm çıxarılandan sonra, həyatım tamamilə dəyişəcək. Amma həyatım artıq dəyişib. Məndən başqa yerə getməmək barədə iltizam alınıb. İşdə müdirimə hüquq-mühafizə orqanlarının məni nəyə görə özləri üçün hədəf seçdiklərini izah etməli oldum. Müdirim və iş yoldaşlarım imanıma görə niyə təqib olunduğumu başa düşə bilmir. Amma sonra özləri bu suala cavab verirlər: “Məsihiləri həmişə təqib ediblər!”».

İqor və onun ailəsi üçün dua edirik. Biz bilirik ki, Yehova onlara müqəddəs ruhu ilə güc verəcək (Efeslilərə 3:16).

a Tarix dəyişə bilər.