Kontentə keç

İrina Loxvitskaya

29 MART 2021
RUSİYA

İrina Loxvitskaya təqiblər qarşısında mətin qalır

İrina Loxvitskaya təqiblər qarşısında mətin qalır

YENİLƏNİB | İrina Loxvitskayanın apelyasiya şikayəti təmin edilmədi

16 noyabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi İrina Loxvitskayanın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün bu dəfə bacı həbsə salınmayacaq.

19 iyul 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi İrina Loxvitskayanı iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.

Bacı barədə məlumat

İrina Loxvitskaya

  • Doğulduğu il: 1962 (Yəhudi Muxtar Vilayəti, İzvestkovı kəndi)

  • Bioqrafiya. Altı yaşı olanda atası vəfat etdi. Uşaqlıqda rəqs, teatr, toxuculuq, basketbol və voleybol ilə fəal məşğul olurdu.

    Müqəddəs Kitabdakı dirilmə ümidi ona böyük təsir bağışladı. 1993-cü ildə Yehovanın Şahidi kimi vəftiz olundu. Vəftizindən yeddi ay sonra həyat yoldaşı vəfat etdi. İrina yeddiyaşlı oğlu Arturu tək böyütməli oldu.

Cinayət işi haqda məlumat

İrina Loxvitskaya 6 fevral 2020-ci il tarixində Birobicanda «ekstremist» fəaliyyətdə ittiham olunan altı bacıdan biridir. İrinanın oğlu Artur və onun həyat yoldaşı Anna da daxil olmaqla, Birobicanda 22 Yehovanın Şahidi barədə 19 cinayət işi açılıb.

İrinanın işi üzrə məhkəmə iclasları, jurnalistlər və onun ailə üzvləri də daxil olmaqla, bütün ictimaiyyət üçün qapalı keçirilib. Onun məhkəmə iclaslarının açıq keçirilməsi və işin prokurorluğa qaytarılması haqqında vəsatətləri rədd edilib.

Üzləşdiyi çətinliklər onun fiziki və emosional sağlamlığına təsirsiz ötüşməyib. Amma ruhani işlərlə məşğul olması bunun öhdəsindən gəlməyə kömək edir. O deyir: «Yehova mənə yaxşı vərdişlərə yiyələnməyə kömək edib. Mən Müqəddəs Kitabı sadəcə oxumuram, onun dərinliklərinə varıram». Narahatçılıqlarına görə ruhani qrafiki pozulanda o, dərhal Yehovaya dua edir. O deyir: «Mən hərarətlə dua edirəm və həmişəki qrafikimə qayıtmağı qarşıma məqsəd qoyuram. Yehova mənə özüm barədə yox, başqaları barədə daha çox düşünməyi öyrədib».

İrina diqqətini ondan da çox təsəlli və dəstəyə ehtiyacı olanlara cəmləyir. O həm həqiqətə maraq göstərənlər, həm də dindaşları barədə düşünür. Bacı deyir: «Başqaları barədə düşünəndə özünü yazıqlamaq və həddən artıq narahat olmaq üçün vaxtın qalmır».

Yığıncaq üzvləri, xüsusilə də ağsaqqallar İrinaya çox dəstək olur. O deyir: «Özləri də təqiblərlə üzləşsələr də, onlar mənə təsəlli verir və xoş sözlə ruhlandırırlar. Bundan əlavə, ehtiyac duyduğum vaxt onlar həmişə yanımda olurlar və buna görə onlara çox minnətdaram».

İrina kimi biz də əminik ki, Yehova ehtiyac duyduğu hər şeylə onu təmin edəcək. O deyir: «Təqiblər barədə oxuyanda belə vəziyyətlə üzləşəndə necə davranacağımı həmişə bilmək istəyirdim. Yehovaya güvənəcəyəm? Cavabı tapdım. İndi bilirəm ki, Onun köməyilə Ona güvənmək mümkündür. Yehovanın digər xidmətçiləri kimi, mən də mətin qalacağam və Yehova məni sağ əli ilə bərk-bərk tutacaq» (Əşiya 41:10).