Kontentə keç

Anatoli Qorbunov həyat yoldaşı Qalina ilə

5 AVQUST 2021
RUSİYA

İsrarla etdiyi dualar Anatoli Qorbunova sevincini qorumağa kömək edir | Yenilənib

İsrarla etdiyi dualar Anatoli Qorbunova sevincini qorumağa kömək edir | Yenilənib

21 iyun 2022-ci il tarixində Krasnoyarsk Vilayət Məhkəməsi Anatoli Qorbunovun apelyasiya şikayətini rədd etdi və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxladı. Qardaş yaxın zamanda istintaq təcridxanasından həbsxanaya keçiriləcək.

2 fevral 2022-ci il tarixində Krasnoyarsk Şəhərinin Oktyabrski Rayon Məhkəməsi Anatoli Qorbunovu altı il müddətinə həbsə məhkum etdi. Qardaş məhkəmə zalında həbsə alındı.

Hadisələrin gedişatı

  1. 9 fevral 2021-ci il

    Anatolinin cinayət işi üzrə məhkəmə araşdırması başladı.

  2. 15 sentyabr 2020-ci il

    Anatolinin evində ikinci dəfə axtarış aparıldı. Evin açarları müsadirə edildi.

  3. 25 mart 2020-ci il

    Anatoli barədə cinayət işi açıldı. Onu qadağan olunmuş təşkilatın dini yığıncaqlarını təşkil etməkdə ittiham etdilər.

  4. 7 noyabr 2018-ci il

    Sübh tezdən Anatolinin mənzilində axtarış apardılar. Notbuk, planşet, fleş-kart, sərt disk və iki mobil telefon müsadirə edildi. Qardaşı Rusiya Federasiyasının İstintaq Komitəsinin idarəsinə aparıb bir saatdan sonra buraxdılar.

Qardaş barədə məlumat

Anatoli və ailəsi Yehovaya güvənir və Ona dua edirlər. Biz də əminik ki, Yehova onlara dayaq olacaq və sevinclərini qorumağa kömək edəcək (Zəbur 25:1, 2).