Kontentə keç

Novokuznetsk Şəhərinin Kuznetski Rayon Məhkəməsi (Kemerovo vilayəti)

20 FEVRAL 2023 | YENİLƏNİB: 14 İYUL 2023
RUSİYA

«İstənilən çətinliyi aşa bilərəm» | YENİLƏNİB. BACI MƏHKUM EDİLDİ

«İstənilən çətinliyi aşa bilərəm» | YENİLƏNİB. BACI MƏHKUM EDİLDİ

11 iyul 2023-cü il tarixində Novokuznetsk Şəhərinin Kuznetski Rayon Məhkəməsi Lyubov Serebryakova bacını təqsirli bilərək onu dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsxanaya salınmayacaq.

Bacı barədə məlumat

Lyubov bacının Yehovaya etibarı sonsuzdur, çünki bilir ki, Yehova onun işini hasil edəcək. Biz də bu cür çətinliklərlə üzləşəndə bacıdan örnək ala bilərik (Zəbur 37:5).

Hadisələrin gedişatı

  1. 2019-cu ilin noyabrından 2020-ci ilə qədər

    Novokuznetsk şəhərində yaşayan bir neçə Yehovanın Şahidi səs və izləmə cihazı vasitəsilə gizlin izlənilməyə başladı.

  2. 8 iyul 2022-ci il

    Yehovanın Şahidlərinin ibadət görüşlərində iştirak etdiyinə və başqaları ilə Müqəddəs Kitab əsasında söhbətlər apardığına görə Lyubov bacının barəsində cinayət işi açıldı.

  3. 26 iyul 2022-ci il

    Ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olundu. Ondan başqa yerə getməmək barədə iltizam alındı.

  4. 21 sentyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

a Bu məqalə dərc olunan vaxt bacının şəklini əldə etmək mümkün olmayıb.