Kontentə keç

İvan Şulyuk

16 FEVRAL 2022| YENİLƏNİB: 10 MAY 2023
RUSİYA

İvan Şulyuk təqiblərə səbirlə dözür | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

İvan Şulyuk təqiblərə səbirlə dözür | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

10 may 2023-cü il tarixində Krasnoyarsk Vilayətinin Nazarovo Şəhər Məhkəməsi İvan Şulyuku təqsirli bilərək yeddi il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 18 iyun 2020-ci il

    Silahlanmış dəstə Şulyuklar ailəsinin evinə soxularaq İvanı tutdu. Onu müvəqqəti saxlama kamerasına saldılar.

  2. 19 iyun 2020-ci il

    Məhkəmənin qərarı ilə onu istintaq təcridxanasına saldılar.

  3. 9 iyul 2020-ci il

    Qardaşı istintaq təcridxanasından azad etdilər. Ona evdəkilərindən başqa, kiminləsə icazəsiz ünsiyyət etmək, eləcə də səhər saat 6-dan 11-dək evi tərk etmək qadağan edildi. Bunun ucbatından o işləyə bilmirdi.

  4. 14 avqust 2020-ci il

    Müstəntiq qardaşa qoyulmuş məhdudiyyətlərin müddətini uzatmağa çalışdı. Amma İvanın qazandığı gözəl ad sayəsində prokurorun xahişi rədd edildi. Məhdudiyyətlərin böyük qismi götürüldü.

  5. 17 avqust 2020-ci il

    Qardaşdan başqa yerə getməmək barədə iltizam götürüldü.

  6. 15 sentyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Yehovaya minnətdarıq ki, O, «mömin bəndələri sınaqlardan necə qurtarmağı... bilir» (2 Butrus 2:9, 10).