Kontentə keç

Yuxarı cərgə (soldan sağa): Aleksey Arxipov və həyat yoldaşı Natalya; Dmitri Mixaylov və həyat yoldaşı Yelena

Aşağı cərgə (soldan sağa): Svetlana Rıjkova və Svetlana Şişina

22 İYUL 2022 | YENİLƏNİB. 30 YANVAR 2024
RUSİYA

Şuyadakı Yehovanın Şahidləri haqsızlığa tab gətirir | YENİLƏNİB. CƏRİMƏ OLUNDULAR

Şuyadakı Yehovanın Şahidləri haqsızlığa tab gətirir | YENİLƏNİB. CƏRİMƏ OLUNDULAR

29 yanvar 2024-cü il tarixində İvanova vilayətindəki Şuya Şəhər Məhkəməsi Aleksey Arxipovu, Dmitri Mixaylovu və onun həyat yoldaşı Yelenanı, Svetlana Rıjkovanı və Svetlana Şişinanı məhkum etdi. Onlar 350 000 rubl (3920 ABŞ dolları), 950 000 rubl (10 640 ABŞ dolları), 560 000 rubl (6270 ABŞ dolları), 480 000 rubl (5380 ABŞ dolları) və 400 000 rubl (4480 ABŞ dolları) məbləğində cərimə olundular.

Hadisələrin gedişatı

  1. 21 sentyabr 2017-ci il

    Hakim Dmitrinin telefon danışıqlarının dinlənilməsinə icazə verdi.

  2. 15 yanvar 2018-ci il

    Hakim Svetlana Rıjkovanın telefon danışıqlarının dinlənilməsinə və evinə videomüşahidə vasitələri quraşdırılmasına icazə verdi.

  3. 20 aprel 2018-ci il

    Hüquq-mühafizə orqanlarının əməkdaşları şahidlərdən beşinin də evində axtarış apardı.

  4. 29 may 2018-ci il

    Dmitrini tutub, ekstremist təşkilatın fəaliyyətini maliyyələşdirməkdə ittiham edərək, haqqında cinayət işi açdılar. O, məhkəməyədək həbsə salındı.

  5. 22 iyun 2018-ci il

    İşə ittiham olunan şəxs qismində Aleksey də cəlb edildi və ondan başqa yerə getməmək barədə iltizam götürüldü.

  6. 27 iyun 2018-ci il

    İşə ittiham olunan şəxs qismində Yelena Mixaylova, Svetlana Rıjkova və Svetlana Şişina da cəlb edildi.

  7. 15 noyabr 2018-ci il

    Məhkəmə təxminən altı aydan sonra Dmitrinin məhkəməyədək həbsdən azad olunmasına qərar verdi.

  8. 10 avqust 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

  9. 16 sentyabr 2021-ci il

    İş təkrar baxış üçün prokurorluğa qaytarıldı.

  10. 25 may 2022-ci il

    Məhkəmə prosesi yenidən başladı.

Bacı-qardaşlar barədə qısa məlumat

Rusiyadakı dindaşlarımızın təqiblər qarşısında göstərdiyi cəsarət və dözüm bizə sevinc verir (1 Salonikililərə 2:20).