Kontentə keç

Aleksandr İvşin

12 FEVRAL 2021
RUSİYA

63 yaşlı Aleksandr İvşin yeddi il yarım müddətinə həbsə məhkum edilib

63 yaşlı Aleksandr İvşin yeddi il yarım müddətinə həbsə məhkum edilib

Hökm

10 fevral 2021-ci il tarixində Krasnodar Vilayətinin Abinski Rayon Məhkəməsinin qərarı ilə Aleksandr İvşin yeddi il yarım müddətinə həbsə məhkum edilib. Bu, 2017-ci ildə Rusiyada Yehovanın Şahidləri təşkilatının qadağan edilməsindən sonra təyin edilən ən uzunmüddətli həbs cəzasıdır.

Qardaş barədə məlumat

Aleksandr İvşin

  • Doğulduğu il: 1957 (Katav-İvanovsk şəhəri)

  • Bioqrafiya. Pensiyaya çıxmazdan əvvəl xarrat, ağackəsən və istehsalat təhlükəsizliyi üzrə mühəndis işləyib. 1974-cü ildə Qalina ilə ailə həyatı qurub. Onların iki qızı və səkkiz nəvəsi var.

    Ciddi xəstəlikdən sonra həyatın mənası barədə düşünməyə başladı. Dörd müjdədən üçünü bir gecəyə oxuduqdan sonra Müqəddəs Kitabı araşdırmağa başladı. 1995-ci ildə vəftiz olundu.

Cinayət işi barədə məlumat

Abinsk şəhərində Yehovanın Şahidlərinin hüquqi problemləri 2015-ci ilin əvvəlindən başladı. Yehovanın Şahidlərinin yerli dini təşkilatına «ekstremist» damğası vuraraq ləğv etdilər. Təxminən beş ildən sonra, 23 aprel 2020-ci il tarixində Aleksandr İvşin barədə cinayət işi açıldı. O, videokonfrans vasitəsilə dini mərasimləri təşkil etməkdə, Padşahlıq nəğmələrini oxumaqda və digər «cinayətlərdə» ittiham olunurdu.

Aleksandrla Qalinanın evində axtarış aparılanda stresdən təzyiqləri təhlükəli dərəcədə qalxdı. Axtarışdan bir neçə ay sonra Aleksandrın maşını müsadirə edildi. Bütün çətinliklərə baxmayaraq, o, nikbin qalır. Məhkəmə qarşısında son sözü ilə çıxış edərkən o dedi: «Bu işdə cavabdeh olmağım məni təəccübləndirmir. Çünki İsa bunu peyğəmbərlik etmişdi. Mətta 10:18 ayəsində deyilir: “Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər. Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz”... İsanın sözləri məni ümidsizliyə qərq etmir. Əksinə, mənə sevinc verir, çünki mən məhkəməyə Allaha ehtiyacı olduğunu dərk edən bütün insanların qarşısında açılan gözəl ümid barədə danışa bilirəm».

Aleksandr və Qalina Rusiyadakı və dünyanın digər ərazilərindəki bacı-qardaşlar kimi şahidlik işində iştirak edirlər. Biz əminik ki, Yehovaya bel bağladıqlarına görə O, onları bol-bol mükafatlandıracaq (Ərəmya 17:7).